Aprel 2024

HƏFTƏSONU DANIŞIQLAR: YANA NİKİTİNA

22 Apr 16

YARAT Mərkəzi öz daimi kolleksiyası və mövcud sərgilərini müzakirə etmək üçün yeni platforma təqdim edir. Hər həftə keçiriləcək tədbirlər silsiləsində məşhur rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və digər mütəxəssislər ilə görüşlər təşkil olunacaq. Müasir incəsənət haqqında öz fikirlərini bölüşmək, habelə tədbir iştirakçıları ilə müzakirələr aparmaq məqsədilə biz tanınmış simalara müraciət edəcəyik.


Sizi belə müzakirələrin iştirakçısı olmağa və aktrisa və teleaparıcı Yana Nikitinanın iştirakı ilə 22 aprel 2016-cı il tarixində keçiriləcək tədbirə qatılmağa dəvət edirik.


Yana Nikitina Bakı Slavyan Universitetini filoloq ixtisası üzrə bitirib. Teatr və televiziyada işləyib. “Bakılı oğlanlar” ŞHK-un heyətində ölkəmizdə və xaricdə dəfələrlə çıxış edərək məşhurlaşmışdır. 1995-ci il Yay kubokunun sahibidir, XX əsrin “Ən yaxşı 10 komanda” turnirinin qalibidir. Yana Nikitina 6 bədii film və 2 teleserialda çəkilib, o cümlədən: “Milli Bomba”, “Qraf Krestovski”, “Əlvida, cənub şəhəri”, “Bir kəndin sevinci”, “Qorxma, mən səninləyəm! 1919”. Bir neçə tamaşalarda iştirak edib: “Salam, mən sizin dayınızam”, “VI Kin”, “Nonsens”, “Titanik” və b. Rejissor Yuli Qusmanın “Qorxma, mən səninləyəm! 1919” filminin kastinq meneceri və 2-ci rejissoru olub. Hal-hazırda Rusiya serial və bədii filmlərində kastinq meneceri və 2-ci rejissor vəzifələrində çalışır.


Filmography

2013 “Yasmin” (Fatima); Russia; directors – Ksenia Zarutskaya, Vyacheslav Kaminskiy; 2013 – “Do be afraid, I am with you! 1919” (Governess); director – Yuli Gusman; 2012 – “The joy of one village” (Nadezhda); Azerbaijan; director – Tahir Imanov; 2011 – “Barbados” (Her); Azerbaijan; director - Nargiz Baghirzade; 2006 – “Good Bye, Southern City” (Valya); Azerbaijan – Russia; director – Oleg Safaraliev; 2004 – “Count Krestovsky” (TV commentator); Azerbaijan – Russia; director – Ramiz Fataliyev; 2003 – “National Bomb” (special correspondent Ekaterina); Azerbaijan – Russia; director - Vagif Mustafayev

Selected theater works

1995 “Hello, I’m Your Uncle” (Urania); 1995 “All Stars” (Parody. N.Koroleva); 1996 — “Wild Rose” (Leopoldina); 1996 — “Tropikanka” (Olivia); 1997 — “All Stars” (Parody. B. Dadasheva); 1997 — “Kean VI” (Anna Demby); 1998 — “Dangerous Corner” (Betty Whitehouse); 1999 — “Titanic” (Rose); 2000 — “I Pay Up Front” (Natusya); 2001 — “Nonsense” (Nara)


Tarix: 12 aprel, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir