Aprel 2024

ARTIM LAYİHƏ MƏKANI: MEMAR VƏ ŞƏHƏR PLANLAŞDIRMA ÜZRƏ MÜTƏXƏSSİS FUAD CƏFƏRLİ İLƏ MÜHAZİRƏ

06 Apr 16

ARTIM Layihə Məkanı Sizi memar və şəhər planlaşdırma üzrə mütəxəssis Fuad Cəfərlinin mühazirəsinə dəvət edir. 


Təəcüblənmək, Təəcübləndirmək qrup sərgisi çərçivəsində keçirilən mühazirə Bakının memarlıq tarixi, üslubları, şəhərin görünüşü və zamanla dəyişən dominant cərəyanları haqda olacaq. Sərgi rəssam Sergey Bratkovun Bakı ətrafı urbanistik ərazilərdə gənc Azərbaycan rəssamları üçün keçirdiyi ustad dərslərin nəticəsidir. 


Fuad Cəfərli - şəhər planlaşdırma və ictimai nəqliyyat üzrə mütəxəssis. Massaçusets Texnologiya İnstitutunda Şəhər və Regional Planlaşdırma üzrə təhsil almışdır. Müxtəlif illərdə Bakının Regional İnkişaf Planı layihəsinin direktoru, müxtəlif qurumlarında və konsaltinq şirkətlərində şəhər planlaşdırma üzrə işləyib, Urbanizasiya Siyasəti üzrə Qafqaz Universitetində fənn müəllimi, ictimai nəqliyyat sisteminin optimallaşdırılması, şəhər yenidənqurması layihələri üzərində çalışıb. Bir neçə kitabın və tədqiqatların müəllifidir. 


Tarix: 6 aprel 2016

Saat: 18:00

Məkan: ARTIM Layihə Məkanı

Ünvan: İçərişəhər, Böyük Qala küçəsi 30, 001A 

Giriş sərbəstdir


FACEBOOK EVENT

Yüklənir