Aprel 2024

RƏSSAM İLƏ GÖRÜŞ: SERQEY BRATKOV (UKRAYNA)

14 Mar 16

YARAT Müasir İncəsənət Mərkəzi sizi məşhur ukraynalı fotoqraf və video-rəssam Sergey Bratkov ilə açıq söhbət görüşünə dəvət edir. 


Sergey Bratkov postsovet Ukraynanın aparıcı rəssamlarından biridir. İctimai mənşəyinə görə xarkovlu olduğunun güclü təsiri altında qalaraq, sosial yasaq və ideoloji klişeləri aşkarlamağa çalışan Bratkov radikal realizm üslubunda işləyir.

Uzun illər boyunca fotoqraf Boris Mixaylov ilə əməkdaşlıq etmiş rəssam 1994-cü ildə onunla, Sergey Solonski və Viktoriya Mixaylova ilə birlikdə “Çevik hərəkət qrupu”nu yaratmışdı.


Bakıya Sergey Bratkov gənc yerli rəssamların qatılacağı “Təəccüblənmək, Təəccübləndirmək” adlı ustad dərsi keçmək üçün gəlir. Nəzərdə tutulub ki, bu ustad dərsinin iştirakçıları Bakı ətraflarını gəzərək, müəyyən həcmdə əsərlər hazırlayacaq, sonradan isə ARTIM Layihə Məkanında həmin əsərlərdən ibarət sərgi təşkil ediləcək. 


Sergey Bratkov 1960-cı ildə Xarkovda (Ukrayna) anadan olub. Xarkovda 1978-ci ildə İ.Y.Repin adına Rəssamlıq Məktəbinin məzunu olduqdan sonra, Politexnik Akademiyasının sənaye elektronikası fakültəsini də bitirib (1983). Bratkov beynəlxalq sərgilərdə geniş təqdim olunub. Fərdi sərgiləri aşağıdakı muzeylərdə keçirilmişdi: PinchukArtCentre (Kiyev), MOCAK (Krakov), Aktuelle Kunst Haus der Photographie (Hamburq), Fotomuseum (Vintertur), Moskva Müasir incəsənət Muzeyi, Stedelijk for Actuele Kunst Muzeyi (Gent). Bundan əlavə, o, bir sıra qrup sərgilərinə də qatılıb, o cümlədən: 50-ci, 52-ci və 54-cü Venesiya Biennalesi, II Moskva Müasir İncəsənət Biennalesi, Martin-Gropius-Bau (Berlin), Manifesta5 (San-Sebastian), KW Institute for Contemporary Art (Berlin), MUHKA Müasir İncəsənət Muzeyi (Antverpen) və s. incəsənət ocaqlarında təşkil olunmuş qrup sərgilərinin iştirakçısı olub. 

Əsərləri aşağıda göstərilən muzeylərin kolleksiyalarında saxlanılır: MUHKA Müasir İncəsənət Muzeyi (Antverpen), Fotoqrafiya Muzeyi (Boston), Zimmerli Muzeyi (Nyu-Cersi), S.M.A.K. Müasir İncəsənət Muzeyi (Gent), MAMM Multimedia Art-Muzeyi (Moskva), FRAC (Paris), Finlandiya Milli Qalereyası (Helsinki), Kiasma Müasir İncəsənət Muzeyi (Helsinki), Fotomuseum (Vintertur) və s.

Hazırda Sergey Bratkov Moskvada yaşayır və A.Rodçenko adına Fotoqrafiya və Multimedia məktəbində fotoqrafiya, heykəltəraşlıq və video sənəti üzrə studiya rəhbəridir.


Rəssam ilə görüş rus dilindən azərbaycan dilinə tərcümə edilərək keçiriləcəkdir


Tarix: 14 mart, 2015

Saat: 19:00

Giriş sərbəstdir

Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Əlavə məlumat üçün: info@yarat.az


Yüklənir