Aprel 2024

YARAT HƏFTƏSONU DANIŞIQLAR: CEYHUN ƏLİ

11 Mar 16

YARAT Müasir İncəsənət Məkanı həftədə bir dəfə keçirdiyi müzakirələr silsiləsində söhbət Mərkəzin daimi kolleksiyası və hazırda nümayiş etdirilən sərgiləri ətrafında aparılacaq. Bu fikir mübadiləsi meydançasında rəssam, yazıçı, musiqiçi, tədqiqatçı, sahibkar və s. peşəkarlar çıxış edəcəklər. 

Məşhurlara müraciət edəcəyik ki, onlar müasir incəsənət və konkret olaraq kolleksiyamızın ayrı-ayrı əsərləri haqqında nə fikirdə olduqlarını bölüşsünlər və tədbirə toplaşmış auditoriyanı açıq söhbətə cəlb etsinlər.

Sizi belə müzakirələrin iştirakçısı olmağa və jurnalist Ceyhun Əli iştirakı ilə 11 mart  2016-cı il tarixində keçiriləcək tədbirə qatılmağa dəvət edirik.


Ceyhun Əli teleaparıcı və nitq mədəniyyəti üzrə ekspertdir. Ceyhun Əli Аzad Azərbaycan telekanalının İctimai-siyasi departamentinin redaktorudur. O, Deutsche welle Teleradio Akademiyasının konflikt-sensetiv jurnalistika sertifikatına malikdir. Həmçinin Ceyhun Əli beynəlxalq konfrans və seminarların moderatorudur, ictimai-mədəni tədbirlərin, təntənə axşam və mərasimlərin aparıcısıdır.


Tarix: 11 mart, 2016

Saat: 19:00

Giriş sərbəstdir

Ünvan: Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Əlavə məlumat üçün: sayara.h@yarat.az, tel.: 050 218 06 29


FACEBOOK

Yüklənir