Aprel 2024

RƏSSAM İLƏ GÖRÜŞ: AVTARCİT DANCAL (HİNDİSTAN)

28 Mar 16

YARAT Müasir İncəsənət Məkanı sizi Hindistanlı rəssam, yazıçı və filosof Avtarcit Dancal ilə açıq söhbət görüşünə dəvət edirik. O, qeyri-qərbi ənənə mənşəli sənətkarların Qərb incəsənət aləmində münasib yer tutmağa necə nail ola bilmələri haqqında öz düşüncələrini görüşə toplaşanlarla bölüşəcək. 

Tarixi və geo-siyasi səbəblərə görə, müasir dünyanın əsas, dominant səsi Qərbə məxsusdur – istər siyasətdə, istərsə də yaradıcılıq və incəsənət sahəsində. Bunu dərk edən bir çox qeyri-qərbi sənətkar da Qərb incəsənət aləmində uğur qazanacağı haqda xəyallar qurub ümidlər bəsləyir.


Avtarcit Dancal şimali-qərb Hindistanın Pəncab diyarında, dağlıq ərazidə yerləşən bir kənddə dünyaya göz açıb. Pəncab, coğrafi mövqeyinə görə sərhəd regionu olaraq, şimal-qərb səmtindən bu torpaqlara qəsd edən işğalçılarla təmas xəttində tarix boyunca yerləşib və XVIII əsrdə ingilislər dənizlərdən keçib Hindistana yol açana qədər belə davam edirdi. Bundan əlavə, Pəncab bütün gəlmələrin mədəniyyətini özünə hopduran bir əyalət olmuşdur, o cümlədən İslam dini və Sufi cərəyanına sitayiş edənlərin, İran poeziyası pərəstişkarlarının mədəniyyətlərini də mənimsəmişdi və Avtarcit Dancal üçün yurdunun bu cəhəti onu Azərbaycana bağlayan bir teldir. 

Doğulduğu ucqar dağ kəndinin başqa sakinləri kimi, o da elektrik, radio və kitablardan məhrum olsa da, ona da urdu dilində çıxan bir qəzetdən başqa heç bir nəşr müyəssər olmasa da, Avtarcit dağlardan o yana yerləşən dünyanı kəşf etmək arzusu ilə böyüyürdü. 1970-ci ildə o, balaca bir sərnişin gəmisində Hindistanı tərk etdi. Onun başqa vasitə ilə ölkəsini qoyub getmək üçün imkanı yox idi. Uzaq sahillərdə bəxtini sınamaq üçün cibində cəmi 4 dollar pul var qalırdı... 1997-ci ildə isə Beynəlxalq Təsviri Sənət İnstitutunda (inIVA) onun heykəltəraşlıq sahəsində fəaliyyətinin 25-illiyi təntənəli surətdə qeyd olundu və həmin tədbirlər çərçivəsində Londonda onun əsərlərindən ibarət böyük sərgi düzənləndi, yaradıcılıq yoluna həsr olunmuş kitab da nəşr edildi. 


Həyat ona uşaq ikən kənddə xəyal etdiklərindən daha çox nailiyyətlər bəxş etdi. Tanınmış bir sənətkar kimi, indi o, öz həyatına nəzər salıb dünyada tutduğu yeri təhlil etməyə çalışır. Avtarcit Dancal öz düşüncələrini YARAT Müasir İncəsənət Mərkəzinə onun görüşünə gələn auditoriya ilə paylaşacaq.


Tarix: 28 mart, 2016

Saat: 19.00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Əlaqə telefonu: +99412 505 1414

Giriş sərbəstdir


Yüklənir