Aprel 2024

YARAT HƏFTƏSONU DANIŞIQLAR: CAVİD İMAMVERDİYEV

25 Fev 16

YARAT HƏFTƏSONU DANIŞIQLAR: TEYMUR GÖYÇAYEV

FİKRİNİ BİZİMLƏ PAYLAŞ

YARAT Müasir İncəsənət Məkanı həftədə bir dəfə keçirdiyi müzakirələr silsiləsində söhbət Mərkəzin daimi kolleksiyası və hazırda nümayiş etdirilən sərgiləri ətrafında aparılacaq. Bu fikir mübadiləsi meydançasında rəssam, yazıçı, musiqiçi, tədqiqatçı, sahibkar və s. peşəkarlar çıxış edəcəklər. 

Məşhurlara müraciət edəcəyik ki, onlar müasir incəsənət və konkret olaraq kolleksiyamızın ayrı-ayrı əsərləri haqqında nə fikirdə olduqlarını bölüşsünlər və tədbirə toplaşmış auditoriyanı açıq söhbətə cəlb etsinlər.

Sizi belə müzakirələrin iştirakçısı olmağa və rejissor Cavid Imamverdiyevanın iştirakı ilə 26 fevral  2016-cı il tarixində keçiriləcək tədbirə qatılmağa dəvət edirik.


Cavid İmamverdiyev 160 №-li məktəbdə oxuyarkən KVN oyunçusu oldu (rusca – КВН, yəni Şən və Hazırcavablar Klubu); ilk şeir və mahnılarını da elə o çağlar qoşdu.

1988-ci ildə o, Müəllif Mahnısı Klubuna üzv oldu və artıq bunsuz öz həyatını təsəvvür edə bilmədi. 

1991-ci ildə isə Cavid “Bakılı oğlanlar” («Парни из Баку») KVN komandasının oyunçusu oldu, iki dəfə birinci yerə çıxan həmin komandanın iştirakçısı qismində çempionlar kubokunu və “XX əsrin çempionu” adını qazandı. 

40 mahnı və şeirin müəllifidir; bir sıra televiziya layihəsini uğurla gerçəkləşdirib; 4 tammetrajlı kinofilm çəkib, o cümlədən “Bakı qalasında gəzintilər” («Прогулки по Бакинской крепости», 2003) və “Ey həyat, sən nə qəribəsən” («Удивительная жизнь», 2009) sənədli filmlərini, eləcə də “Bakılı oğlanlar” və “Mahaçqala avaraları” KVN komandalarının iştirakı ilə “Bir zaman Qafqazda” («Однажды на Кавказе», 2006), bir də “Daşatan” 


Tarix: 26 fevral, 2016

Saat: 19:00

Giriş sərbəstdir

Ünvan: Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Əlavə məlumat üçün: sayara.h@yarat.az, tel.: 050 218 06 29


FACEBOOK

Yüklənir