Aprel 2024

YARAT HƏFTƏSONU DANIŞIQLAR: TEYMUR GÖYÇAYEV

10 Fev 16

YARAT HƏFTƏSONU DANIŞIQLAR: TEYMUR GÖYÇAYEV

FİKRİNİ BİZİMLƏ PAYLAŞ

YARAT Müasir İncəsənət Məkanı həftədə bir dəfə keçirdiyi müzakirələr silsiləsində söhbət Mərkəzin daimi kolleksiyası və hazırda nümayiş etdirilən sərgiləri ətrafında aparılacaq. Bu fikir mübadiləsi meydançasında rəssam, yazıçı, musiqiçi, tədqiqatçı, sahibkar və s. peşəkarlar çıxış edəcəklər. 

Məşhurlara müraciət edəcəyik ki, onlar müasir incəsənət və konkret olaraq kolleksiyamızın ayrı-ayrı əsərləri haqqında nə fikirdə olduqlarını bölüşsünlər və tədbirə toplaşmış auditoriyanı açıq söhbətə cəlb etsinlər.

 Sizi 10 fevral 2016-ci il tarixində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin bədii rəhbəri Teymur Göyçayevin iştirakı ilə təşkil olunacaq söhbətə qoşulmağa dəvət edirik.


Teymur Ənvər oğlu Göyçayev (d.1958) - Bakı Musiqi Akademiyasının simli alətlər fakültəsini (skripka üzrə) 1981-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1985-ci ildə musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsində iştirak etmiş və laureat adı qazanmışdır. Sənət yolunu Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin artisti kimi başlamışdı. 1986-cı ildən Bülbül adına orta ixtisas musiqi məktəbində, daha sonra Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir.

1998-ci ildən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin bədii rəhbəridir. 2010-cu ildən Bülbül adına orta ixtisas musiqi məktəbinin direktorudur.

2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2005-ci ildə isə Xalq artisti fəxri adını almışdır.


Tarix: 10 fevral, 2016

Saat: 19:00

Giriş sərbəstdir

Ünvan: Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Əlavə məlumat üçün: sayara.h@yarat.az, tel.: 050 218 06 29


Yüklənir