Aprel 2024

YARAT HƏFTƏSONU DANIŞIQLAR: ZƏHRA APERTEİ HÜSEYNOVA

29 Yan 16

YARAT HƏFTƏSONU DANIŞIQLAR: ZƏHRA APERTEİ HÜSEYNOVA

FİKRİNİ BİZİMLƏ PAYLAŞ

YARAT Müasir İncəsənət Mərkəzinin həftədə bir dəfə keçirdiyi müzakirələr silsiləsində söhbət Mərkəzin daimi kolleksiyası və hazırda nümayiş etdirilən sərgiləri ətrafında aparılacaq. Bu fikir mübadiləsi meydançasında rəssam, yazıçı, musiqiçi, tədqiqatçı, sahibkar və s. peşəkarlar çıxış edəcəklər. 

Məşhurlara müraciət edəcəyik ki, onlar müasir incəsənət və konkret olaraq kolleksiyamızın ayrı-ayrı əsərləri haqqında nə fikirdə olduqlarını bölüşsünlər və tədbirə toplaşmış auditoriyanı açıq söhbətə cəlb etsinlər.

Sizi belə müzakirələrin iştirakçısı olmağa və sahibkar qadın Zəhra Apertei Hüseynovanın iştirakı ilə 29 yanvar  2016-cı il tarixində keçiriləcək tədbirə qatılmağa dəvət edirik.


Zəhra Apertei Hüseynova – qadınların peşəkar və şəxsiyyət kimi inkişafına xidmət edən platformanın və bundan əlavə, toy-bayram geyimləri üzrə ixtisaslaşan ALZA adlı butikin təsisçisi və rəhbəridir.

Məktəbi bitirib Atlanta şəhərində Corciya Ştatı Universitetinin menecment fakültəsinə daxil olan kimi (qəhrəmanımız Azərbaycan Dövlət Neft Akademiyasının tərəfdaşlığı ilə hazırlanmış proqram üzrə orada təhsil alıb), Zəhra Hüseynova dərhal dünyanın ən böyük tələbə təşkilatı olan AIESEC-nin yerli nümayəndəliyinə başçılıq etdi.

WOWOMAN onlayn platforması qadınların peşəkar və şəxsiyyət kimi inkişafına xidmət edən bir məkan yaratdı, xanımlara öz xəyallarını gerçəkləşdirmək imkanı bəxş etdi.

18 yaşında olarkən Zəhra Hüseynova, demək olar ki, heç bir start kapitalı və kənardan dəstəyi olmadan, özünün ALZA butikini təsis etdi. Məharətli idarəçilik sayəsində bu gün həmin mağazanın artıq şəhərin mərkəzində yerləşən böyük bir sərgi salonu da vardır.

Sahibkarlıq fəaliyyətindən əlavə, son 5 ildə Zəhra Hüseynova həmçinin treninqlər keçirməklə məşğuldur, yerli və beynəlxalq konfransların fasilitatoru (bələdçi, istiqamət verən) və aparıcısı qismində çıxış edir. O, həmçinin ABŞ Dövlət Departamentinin tələbə mübadiləsi proqramının məzunudur: bu proqram çərçivəsində Zəhra Hüseynova Massaçusets Universitetində (Amherst şəhərində) İctimai Siyasət və Sosial Sahibkarlıq üzrə təhsil alıb. Həmçinin idman-bal rəqsləri üzrə beşqat ölkə çempionudur, Azərbaycanı Avropa və dünya çempionatlarında dəfələrlə təmsil edib.


Tarix: 11 dekabr, 2015

Saat: 19:00

Giriş sərbəstdir

Ünvan: Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Əlavə məlumat üçün: sayara.h@yarat.az, tel.: 050 218 06 29


FACEBOOK

Yüklənir