Aprel 2024

YARAT HƏFTƏSONU DANIŞIQLAR: HACIMURAD YAGİZAROV

11 Dek 15

YARAT HƏFTƏSONU DANIŞIQLAR: HACI MURAD YAGİZAROV 

FİKRİNİ BİZİMLƏ PAYLAŞ

YARAT Müasir İncəsənət Mərkəzinin həftədə bir dəfə keçirdiyi müzakirələr silsiləsində söhbət Mərkəzin daimi kolleksiyası və hazırda nümayiş etdirilən sərgiləri ətrafında aparılacaq. Bu fikir mübadiləsi meydançasında rəssam, yazıçı, musiqiçi, tədqiqatçı, sahibkar və s. peşəkarlar çıxış edəcəklər. 

Məşhurlara müraciət edəcəyik ki, onlar müasir incəsənət və konkret olaraq kolleksiyamızın ayrı-ayrı əsərləri haqqında nə fikirdə olduqlarını bölüşsünlər və tədbirə toplaşmış auditoriyanı açıq söhbətə cəlb etsinlər.

Sizi belə müzakirələrin iştirakçısı olmağa və məşhur teatr və kino aktyoru Hacı Murad Yagizarov  iştirakı ilə 11 dekabr 2015-ci il tarixində keçiriləcək tədbirə qatılmağa dəvət edirik.

Beləliklə, həftənin cümə günü sizi unudulmaz bir gecə gözləyir. Tədbir müasir incəsənət haqqında öz münasibətinizi əminliklə ifadə etməyi öyrənməyə kömək edəcək.


Hacı Murad Yagizarov — Azərbaycan teatr və kino aktyoru. Hacı Murad Yagizarov 18 avqust 1939-cu ildə Bakıda anadan olub. Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış etmişdir. Çıxışı izləyən görkəmli aktyor Ələsgər Ələkbərov ona Teatr İnstitutuna daxil olmağı məsləhət görür. M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb (1958-1962). 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyir.  Hacı Murad Yagizarov  karyerası boyunca teatrda 70-dən çox rol ifa edib və 30-dan çox filmə çəkilib. Əməkdar artist (1974), xalq artisti (1982), “Humay”, “Qızıl Dərviş” və dövlət mükafatları laureatıdır.  Sənətkar Azərbaycan teatr sənəti və kinematoqrafiyasının inkişafında xidmətlərinə görə 2009-cü ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.


Tarix: 11 dekabr, 2015

Saat: 19:00

Giriş sərbəstdir

Ünvan: Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Əlavə məlumat üçün: sayara.h@yarat.az, tel.: 050 218 06 29


FACEBOOK

Yüklənir