Aprel 2024

YARAT HƏFTƏSONU DANIŞIQLAR: ÇİNGİZ ABDULLAYEV

05 Dek 15

YARAT HƏFTƏSONU DANIŞIQLAR: ÇİNGİZ ABDULLAYEV

FİKRİNİ BİZİMLƏ PAYLAŞ

YARAT Müasir İncəsənət Mərkəzinin həftədə bir dəfə keçirdiyi müzakirələr silsiləsində söhbət Mərkəzin daimi kolleksiyası və hazırda nümayiş etdirilən sərgiləri ətrafında aparılacaq. Bu fikir mübadiləsi meydançasında rəssam, yazıçı, musiqiçi, tədqiqatçı, sahibkar və s. peşəkarlar çıxış edəcəklər. 

Məşhurlara müraciət edəcəyik ki, onlar müasir incəsənət və konkret olaraq kolleksiyamızın ayrı-ayrı əsərləri haqqında nə fikirdə olduqlarını bölüşsünlər və tədbirə toplaşmış auditoriyanı açıq söhbətə cəlb etsinlər.

Sizi belə müzakirələrin iştirakçısı olmağa və görkəmli yazıçı Çingiz Abdullayev iştirakı ilə 5 dekabr 2015-ci il tarixində keçiriləcək tədbirə qatılmağa dəvət edirik.

Unudulmaz bir axşam keçirəcəksiniz – müasir incəsənət barədə düşüncələrinizi ifadə etdikdə daha inadlı olmağı öyrənəcəksiniz.


Çingiz Abdullayev (d.1959, Bakı) - Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibidir. O, ən çox detektiv romanları ilə tanınır. Onun bu əsərləri hələ Sovet İttifaqı dönəmində olduqca populyar idi, indi də oxucuları cəlb edirlər, özü də təkcə MDB ölkələrində deyil, demək olar ki, dünyanın hər yerində.

Çingiz Abdullayev ən çox kitabı nəşr olunan Azərbaycan yazıçısıdır: 20 milyon nüsxədən artıq kitabı satılıb, bunların da əksəriyyəti – detektiv janrında rusca yazılan roman və hekayələrdir. Çingiz Abdullayevin yaratdığı əsərlərinin sayı 86-nı ötüb. Bunların arasında dünyanın 23 ölkəsində 17 dildə çıxan roman və hekayələr də vardır. Həmin əsərlər vaxtilə Sovet İttifaqını təşkil edən ölkələrdən əlavə, Fransa, İsrail, İsveç, Norveç, Türkiyə və Bolqarıstanda çap olunub. Dünya Detektiv Ədəbiyyatının Qızıl Fonduna düşən detektiv romanları da az deyil, o cümlədən: “Mavi mələklər”, “Əclafların qanunu”, “Müqəddəs olmaq istəyi”, “İrodun kölgəsi”, “Qanın üç rəngi”.


Tarix: 5 dekabr, 2015

Saat: 19:00

Giriş sərbəstdir

Ünvan: Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Əlavə məlumat üçün: sayara.h@yarat.az, tel.: 050 218 06 29


FACEBOOK

Yüklənir