Aprel 2024

YARAT HƏFTƏSONU DANIŞIQLAR: RASMİNA GÜRBƏTOVA

06 Noy 15

YARAT HƏFTƏSONU DANIŞIQLAR: RƏSMİNƏ GÜRBƏTOVA

FİKRİNİ BİZİMLƏ PAYLAŞ

YARAT Müasir İncəsənət Mərkəzi öz daimi kolleksiyası və mövcud sərgiləri haqqında rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və ictimai xadimlər ilə müzakirələr silsiləsi üçün platforma təqdim edir. Biz görkəmli xadimlərdən müasir incəsənət və bizim kolleksiyadan olan seçilmiş işlər barədə öz fikirlərini bölüşməyi, eləcə də, tədbir iştirakçıları ilə dialoq aparmağı xahiş edəcəyik. Sizi 6 noyabr 2015-ci il tarixində keçiriləcək müzakirədə iştirak etməyə və söhbətə qoşulmağa dəvət edirik. Növbəti görüş RESM zinət məhsulları brendinin yaradıcısı, dizayner Rasmina Gürbətova olacaq. 

Rasmina Gürbətova  (d.1981, Bakı) – Bakı Dövlət Uiversitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində təhsil alaraq bakalavr, sonra isə magistr dərəcələrinə yiyələnib. Rasmina Gürbətova – Azərbaycanın mədəniyyəti, ənənələri və ruhu ilə bağlılığı olan RESM zinət məhsulları brendini yaradıqdan əvvəl, 10 il ərzində Dünya Bankında çalışıb. Rasmina mahnılar oxumaq həvəskarıdır və hobbi olaraq musiqi də bəstəliyir.


Tarix: 6 noyabr, 2015

Saat: 19:00

Giriş sərbəstdir

Ünvan: Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Əlavə məlumat üçün: sayara.h@yarat.az, tel.: 050 218 06 29


FACEBOOK

Yüklənir