Aprel 2024

YARAT HƏFTƏSONU DANIŞIQLAR: MƏBUD MƏHƏRRƏMOV

30 Okt 15

YARAT HƏFTƏSONU DANIŞIQLAR: MƏBUD MƏHƏRRƏMOV

FİKRİNİ BİZİMLƏ PAYLAŞ 

YARAT Müasir İncəsənət Məkanı Təhsil bölməsi YARAT daimi kolleksiyası və mövcud sərgilərini müzakirə etmək üçün fikir mübadiləsi platformasını yaratdı. Hər həftə keçiriləcək bu tədbirlər silsiləsində rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və ictimai xadimlər ilə görüşlər təşkil olunacaq. Biz görkəmli xadimlərə müraciət edib onlardan müasir incəsənət və bizim kolleksiyadan olan seçilmiş işlər barədə öz fikirlərini bölüşməyi, eləcə də, tədbir iştirakçıları ilə dialoq aparmağı xahiş edəcəyik. 

Sizi 30 oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Xalq artisti Məbud Məhərrəmovun iştirakı ilə təşkil olunacaq söhbətə qoşulmağa dəvət edirik.


Məbud Məhərrəmov (d. 1957) 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsini bitirib. 1978-ci ildən Səməd Vurğun adına Rus Dram teatrının aktyorudur. Bu illər ərzində teatrın səhnəsində 50-dən çox rol oynamışdır. Onun yaratdığı müxtəlif obrazlar – Ağasaf (M.İbrahimbəyov "Gənc qadının kişisi"), Əmrah (Hidayət "Mənzil"), Ər (Elçin "Mənim ərim dəlidir"), Qannibal (J.Patrik "Qəribə missis Sevic"), Təlxək (U.Şekspir "Kral Lir") aktyorun geniş yaradıcılıq diapazonuna malik olduğunu bildirir. M.Məhərrəmov həmçinin bir çox bədii və televiziya filmlərində çəkilmişdir. "İşgüzar səfər", "Park", "Özgə ömür", "Qeyri-müəyyənlik şəraitində", "Ailə" kimi filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynamışdır. 2000-ci ildə M.Məhərrəmov Azərbaycan Respublikasının Əməkdar artisti, 2006-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür.


Tarix: 30 oktyabr, 2015

Saat: 19:00

Giriş sərbəstdir

Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Əlavə məlumat üçün: sayara.h@yarat.az, tel.: 050 218 06 29


FACEBOOK

Yüklənir