Aprel 2024

YARAT HƏFTƏSONU DANIŞIQLAR: RÜFƏT ƏLİYEV

16 Okt 15

YARAT HƏFTƏSONU DANIŞIQLAR: RÜFƏT ƏLİYEV

FİKRİNİ BİZİMLƏ PAYLAŞ

YARAT Müasir İncəsənət Mərkəzi, öz daimi kolleksiyası və mövcud sərgilərini müzakirə etmək üçün müzakirələr platformasını yaratdı. Hər həftə keçiriləcək bu tədbirlər silsiləsində rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və ictimai xadimlər ilə görüşlər təşkil olunacaq.

Biz görkəmli xadimlərə müraciət edib onlardan müasir incəsənət və bizim kolleksiyadan olan seçilmiş işlər barədə öz fikirlərini bölüşməyi, eləcə də, tədbir iştirakçıları ilə dialoq aparmağı xahiş edəcəyik.

Sizi 16 Oktyabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyində Təhsilin İnkişafı İdarəsinin Pilot Layihələr şöbəsinin müdiri Rüfət Əliyevin iştirakı ilə təşkil olunacaq söhbətə qoşulmağa dəvət edirik.


Rüfət Əliyev – tədris metodologiyası üzrə mütəxəssis, çoxsaylı təhsil layihələrinin müəllifi və təlimatçısıdır, təhsil sistemində 30 ildən çox iş təcrübəsinə malikdir. Rüfət Əliyev uzun müddət “Vətəndaş cəmiyyətində debatlar” QHT-sinin Bakı mərkəzinin direktoru qismində çalışmışdır. QHT çərçivəsində çoxsaylı seminarlar həyata keçirilirdi ki, onların məqsədi insanlara debatlar vasitəsilə ağrılı problemlərə zorakılığa əl atmadan, alternativ həlli yolları tapmağı öyrətmək idi. “Debatlar” proqramı bugün müxtəlif sahələrdə müvəffəqiyyətlə çalışan gənc mütəxəssislərin çoxu üçün gözəl başlanğıc olmuşdur. 


Tarix: 16 oktyabr, 2015

Saat: 19:00

Giriş sərbəstdir

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Əlavə məlumat üçün: sayara.h@yarat.az, tel.: 050 218 06 29


FACEBOOK

Yüklənir