Aprel 2024

YARAT HƏFTƏİÇİ DANIŞIQLAR: YELENA SOKOLOVA

25 Sen 15

YARAT HƏFTƏİÇİ DANIŞIQLAR: YELENA SOKOLOVA

FİKRİNİ BİZİMLƏ PAYLAŞ

Bu yay YARAT Müasir İncəsənət Mərkəzi, öz daimi kolleksiyası və mövcud sərgilərini müzakirə etmək üçün müzakirələr platformasını yaratdı. Hər həftə keçiriləcək bu tədbirlər silsiləsində rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və ictimai xadimlər ilə görüşlər təşkil olunacaq.

Biz görkəmli xadimlərə müraciət edib onlardan müasir incəsənət və bizim kolleksiyadan olan seçilmiş işlər barədə öz fikirlərini bölüşməyi, eləcə də, tədbir iştirakçıları ilə dialoq aparmağı xahiş edəcəyik.

Sizi 25 sentyabr 2015-ci il tarixində M.V.Lomonosov adına Moskva Dövlət Universiteti “Psixologiya” fakültəsinin ümumi psixologiya kafedrasının dosenti, psixologiya elmləri namizədi, Moskva Dövlət Universitetinin əməkdar müəllimi Yelena Sokolovanın iştirakı ilə təşkil olunacaq söhbətə qoşulmağa dəvət edirik.


Yelena Sokolova 1959-cu ildə Moskva şəhərində doğulmuşdur. 1981-ci ildə Moskva Dövlət Universitetinin “Psixologiya” fakültəsinin əyani şöbəsini, 1984-cü ildə isə aspiranturanın əyani şöbəsini bitirib. 1985-ci ildə “Alman psixologiyası tarixi” mövzusunda elmlər namizədi dissertasiyasını müdafiə edib. 1984-cü ildən Moskva Dövlət Universiteti “Psixologiya” fakültəsində çalışır, həmçinin universitetin Bakı filialında da bir neçə ildir ki dərs deyir. 2004-cü ildə uğurlu pedaqoji fəaliyyətinə görə Lomonosov mükafatı ilə təltif olunub.

Yelena Sokolova 200-dən çox elmi məqalənin, o cümlədən çağdaş dövrün tələbləri səviyyəsində yazılmış “Psixologiya haqqında 13 dialoq” adlı (1-ci nəşr 1994-cü il, axırıncı 6-cı nəşr isə 2008-ci ildə çap olunub) dərsliyin, “Psixologiyaya giriş” (3 nəşr) dərs vəsaitinin və monoqrafiyaların müəllifidir. 

Nəzəriyyə, metodologiya və psixologiya tarixi sahələri üzrə mütəxəssisdir, hal-hazırda mədəni fəaliyyət psixologiyası tarixi (L.S.Vıqotski-A.N.Leontyeva məktəbi) mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.


Tarix: 11 sentyabr, 2015

Saat: 19:00

Giriş sərbəstdir

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Əlavə məlumat üçün: sayara.h@yarat.az, tel.: 050 218 06 29.


FACEBOOK

Yüklənir