Aprel 2024

HƏFTƏSONU DANIŞIQLAR ERBOSSYN MELDIBEKOV:

21 Sen 15

YARAT Müasir İncəsənət Mərkəzi sizi Orta Asiyanın aparıcı rəssam və heykəltəraşlarından biri olan Erbossın Meldibekov ilə görüşə dəvət edir.

“Əbədi qayıdış” adı ilk növbədə Meldibekovun işlərinin özəlliyinə işarə edir, onun bütün yaradıcılıq yolu, özü ilə mədəni irs arasında gedən sonsuz dialoqu tərənnüm edir. Milli köklərin axtarılması rəssam üçün lap başlanğıcdan əsas məqsəd olub. Müəllifin, yalnız dəyişmək deyil, həm də qaytarmaq və yeniləmək istəyi, məhz ənənəvi mədəniyyətdən doğur. Nəhayət, “qayıdış” – Orta Asiyanın tarixi taleyini anlamaq üçün bir açardır, rəssamın fikrincə, Orta Asiyanın tarixi prosesləri, arasıkəsilməz xətti hərəkətlə təşəkkül tapmaqdan çox, dairə üzrə hərəkət etməyə yönəlmişdir” (tədqiqatçı və sənətşünas Viktor Miziano).


Erbossyn Meldibekov (d. 1964) – İnstalyasiya, həmçinin video və foto əsərlərin müəllifi, heykəltəraş Erbossın Meldibekov 1964-cü ildə, Qazaxıstanın cənubunda doğulub, hazırda isə Alma-Ata şəhərində yaşayıb-yaratmaqdadır. 1992-ci ildə Alma-Ata Teatr-İncəsənət İnstitutunu (Monumental heykəltəraşlıq fakültəsi) bitirib. 2010-cu ildə Erbossın Meldibekov Karrarada (İtaliya), 14-cü Beynəlxalq Heykəltəraşlıq Biennalesində, “Postmonument” layihəsinin iştirakçısı kimi təqdim olunub. 2011-ci ildə isə 54-cü Venesiya Biennalesinin iştirakçısı olub və Orta Asiyanın rəsmi pavilyonunda öz əsərlərini təqdim edib. Onun əsərləri həmçinin “Göy və Yer arasında: Orta Asiyanın müasir incəsənəti” (Kalvert 22 forumu, London) layihəsi çərçivəsində də təqdim olunmuşdur. Rəssamın əsərləri Polşa, Finlandiya, Çin, İtaliya, Almaniya, Avstriya, Belçika, Rusiya, Ukrayna və ABŞ-ın muzey və qalereyalarında nümayiş etdirilmişdir.


Görüş rusca, Azərbaycan dilinə tərcümə olunmaqla keçiriləcək


Tarix: 21 september, 2015

Saat: 19.00  

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal 

Səbayıl rayonu, Bayıl (Dövlət Bayraq Meydanına yaxın)

Giriş sərbəstdir



Yüklənir