Aprel 2024

YARAT HƏFTƏİÇİ DANIŞIQLAR: MURAD DADAŞOV

11 Sen 15

YARAT HƏFTƏİÇİ DANIŞIQLAR: MURAD DADAŞOV

FİKRİNİ BİZİMLƏ PAYLAŞ

YARAT Müasir İncəsənət Məkanı YARAT daimi kolleksiyası və mövcud sərgilərini müzakirə etmək üçün yeni danışıqlar platforması təqdim edir. Hər həftə keçiriləcək tədbirlər silsiləsində məşhur rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və digər mütəxəssislər ilə görüşlər təşkil olunacaq.

Müasir incəsənət haqqında öz fikirlərini bölüşmək, habelə tədbir iştirakçıları ilə müzakirələr aparmaq məqsədilə biz tanınmış simalara müraciət edəcəyik.

Sizi belə müzakirələrin iştirakçısı olmağa və tanınmış şoumen, aktyor və prodüser Murad Dadaşovun iştirakı ilə 11 sentyabr 2015-ci il tarixində keçiriləcək tədbirə qatılmağa dəvət edirik.

Beləliklə, həftənin cümə günü sizi unudulmaz bir gecə gözləyir. Tədbir müasir incəsənət haqqında öz münasibətinizi əminliklə ifadə etməyi öyrənməyə kömək edəcək.


Murad Dadaşov (d. 1978, Bakı ş.) şoumen, aktyor, teleaparıcı, M-Group Production prodüser şirkətinin təsisçisidir. Şirkət artıq 13 ildir ki, fəaliyyət göstərir və yaratdığı audiovizual məhsullarının (proqram və verilişlər) bir hissəsi milli televiziya kanallarında yayımlanır, digər bir hissəsi isə uğurla xarici ölkələrə, əsasən Rusiya və Qazaxıstana satılır.

Murad Dadaşov “Parni iz Baku” (“Bakılı oğlanlar”) Şən və Hazırcavablar Klubunun liderlərindən biri olub. Azərbaycanın ilk realiti-şousu və milli televiziya məkanında ən uğurlu kommersiya layihəsi olan “Maşın-şou”nun əvəzedilməz aparıcısıdır.

Murad Dadaşov 18 dekabr 2014-cü ildə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə “Əməkdar artist” fəxri adına layiq görülüb.


Tarix: 11 sentyabr, 2015

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal

Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Əlavə məlumat üçün: sayara.h@yarat.az, tel.: 050 218 06 29.


FACEBOOK

Yüklənir