Aprel 2024

YARAT HƏFTƏSONU DANIŞIQLAR: AYAZ SALAYEV:

21 Avq 15

YARAT HƏFTƏSONU DANIŞIQLAR: AYAZ SALAYEV

FİKRİNİ BİZİMLƏ PAYLAŞ 

YARAT Mərkəzi öz daimi kolleksiyası və mövcud sərgilərini müzakirə etmək üçün yeni platforma təqdim edir. Hər həftə keçiriləcək tədbirlər silsiləsində məşhur rəssamlar, yazıçılar, musiqiçilər, tədqiqatçılar, sahibkarlar və digər mütəxəssislər ilə görüşlər təşkil olunacaq.

Müasir incəsənət haqqında öz fikirlərini bölüşmək, habelə tədbir iştirakçıları ilə müzakirələr aparmaq məqsədilə biz tanınmış simalara müraciət edəcəyik.

Sizi belə müzakirələrin iştirakçısı olmağa və məşhur kino tənqidçisi, ssenarist, aktyor və rejissor Ayaz Salayevin iştirakı ilə 21 avqust 2015-ci il tarixində keçiriləcək tədbirə qatılmağa dəvət edirik.

Beləliklə, həftənin cümə günü sizi unudulmaz bir gecə gözləyir. Tədbir müasir incəsənət haqqında öz münasibətinizi əminliklə ifadə etməyi öyrənməyə kömək edəcək.


Ayaz Salayev 1960-cı ildə Bakıda anadan olub, 1982-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinoşünaslıq fakültəsini bitirib.

Ayaz Salayevin kinoda rejissorluq debütü “Ata” (1988) sənədli filmlə başlayıb. Milyonçu Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın atası haqqında xatirələrinin əsasında yaradılmış bu film səmimiliyi, emosionallığı və professionallığı ilə seçilir. 

Sənətkarın “Yarasa” (1995), “Təxribat” (1990), “Vahimə” (1998) kimi filmləri böyük uğur qazanıb. 

Rejissorun “Yarasa” ilk tammetrajlı filminin premyerası Berlin Beynəlxalq Kino Festivalında baş tutub. Film Anje Ümumavropa Beynəlxalq Kinofestivalının Baş mükafatı və bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

1983-1986-cı illərdə Ayaz Salayev “Retro” televiziya verilişinin daimi aparıcısı olub. O, bu verilişdə son dərəcə parlaq şəkildə dünya kinematoqrafiyasının ən məşhur əsərlərinin icmallarını təqdim edirdi. Bir çox kinosevərlər və kino həvəskarları indiyə qədər bu proqramı çox böyük sevgi ilə yada salırlar.

Hal-hazırda, Ayaz Salayev Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşıdır və Bakının bir neçə ali məktəbində kino tarixini tədris edir.


Tarix: 21 avqust, 2015

Saat: 19:00

Məkan: YARAT Müasir İncəsənət Mərkəzi, Çoxtəyinatlı zal 

Səbayıl rayonu, Bayıl (Dövlət Bayrağı Meydanına yaxın)

Əlaqə üçün: sayara.h@yarat.az, tel.: 050 218 06 29.


FACEBOOK

Yüklənir