Aprel 2024

Ergin Çavuşoğlu ilə Sara Razanın müsahibəsi

13 İyn 15

Ergin Çavuşoğlu ilə Sara Razanın müsahibəsi

YARAT-ın təhsil şöbəsinin rəhbəri və Guggenheim muzeyinin kuratoru Sara Razanın Ergin bəylə müsahibə zamanı sənətçi öz yaradıcılığı haqqında söz açacaq, sonra auditoriyanı maraqlandıran suallara cavab verəcək.

Ergin Çavuşoğlunun konseptual incəsənət təcrübəsi yer, mədəni yaradıcılığın sistem və şərtləri, eyni zamanda məkan anlayışlarının tədqiqi ilə bağlıdır. Sənətçi əsasən süjetli film və video sənəti, eləcə də heykəltəraşlıq, rəngkarlıq və rəssamlıq kimi fərqli sahələrlə məşğul olur. Onun geniş maraq dairəsi yerdəyişmə, liminal vəziyyət, ictimai və qeyri-formal memarlıq və antropologiyanı əhatə edir. Çavuşoğlu YARAT-ın təhsil şöbəsinin rəhbəri və Guggenheym muzeyinin kuratoru Sara Raza ilə söhbət zamanı öz yaradıcılığı barəsində danışacaq və sonra suallara cavab verəcək. 


Ergin Çavuşoğlu 1968-ci ildə Bolqarıstanda anadan olub. 1980-ci illərin əvvəllərində Sofiya şəhərində "İliya Petrov" Milli İncəsənət Məktəbində oxuyub. Bakalavr dərəcəsini İstanbulun Mərmərə universitetində, magistr dərəcəsini Londonun Goldsmiths universitetində, elmlər doktoru dərəcəsini isə Portsmouth universitetində alıb. O, hazırda Birləşmiş Krallıq, London şəhərində yaşayıb-yaradır. Çavuşoğlunun konseptual incəsənət prinsiplərinin mərkəzində məkan anlayışı, mədəni yaradıcılığın liminallığı və şərtləri mövzuları dayanır. Bu mövzuları o, süjetli film, video və səs quruluşları, memarlıq və rəssamlığın vasitəsilə araşdırır. Çavuşoğlu 2003-cü ildə Türkiyəni 50-ci Venesiya Biennalesində təmsil edib. Onun adı 2004-cü ildə "Beck's Futures" mükafatı, 2010-cu ildə isə Birləşmiş Krallığın ən böyük beynəlxalq müasir incəsənət mükafatı olan "Artes Mundi 4"-un qısa siyahısına salınıb. 


Müsahibə ingilis dilində aparılacaq və Azərbaycan dilinə ardıcıl olaraq tərcümə ediləcək.


13 iyun 2015-ci il 

Saat 19:00 


YARAT Müasir İncəsənət Məkanı

Azərbaycan, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi (Bayraq Meydanı yaxınlığı)

Giriş sərbəstdir


FACEBOOK

Yüklənir