Aprel 2024

BENEDİKT DRYU İLƏ GÖRÜŞ

21 May 15

YARAT Müasir İncəsənət Mərkəzi böyük məmnunluqla Sizi tanınmış britaniyalı sənətkar Benedikt Dryu ilə görüşə – onun sənətkar sözünü dinləməyə dəvət edir. Benedikt Dryu tərəfindən təzəlikcə ərsəyə gətirilmiş əsər Carmen (Jarman Award) mükafatının namizədi olmuşdur. Onun “Çirkli manifest” (“Sludge Manifesto”, 2011)  adlı qısametrajlı videofilmi 20 may tarixində YARAT Mərkəzində nümayiş etdiriləcək proqramı təşkil edən filmlərdən biridir.   

“Çirkli manifest” daha böyük bir əsərin tərkib hissəsidir. Başqa cəhətlərdən əlavə, o, nadir metalların mədənlərdə hasil edilməsini tələb edən rəqəmsal texnologiyaların material əsası haqqındadır. Bir çox rəqəmsal avadanlığın əsas parçaları torpaqdan hasil edilmiş qiymətli metallardan hazırlanır, mən də bu barədə və mədənlərdən bəhs edən əsatirlər haqqında bir düşüncə çəkdim. Çiy gil parçaları və ya qolemlər filiz süxurları ilə kontrapunkt təşkil edirlər. Bu videoda mineralların radikal dəyişiklikdən keçib yeni cilddə təcəssüm etməsini görmək olar.» (Benedikt Dryu)


Benedikt Dryu (1977-ci il təvəllüdlü) video, heykəltəraşlıq, musiqi və bu sənət növləri ilə əlaqəli digər sənət sahələrində çalışır. O, 2011-ci ildə Slade Təsviri Sənət məktəbini bitirmişdi. 

Son vaxtların fərdi sərgiləri: “Cəzalandırılsın!”, Matt’s Qalereyası, London (2014); “Dilə tutanlar”, Adelaida Festivalı, SASA Qalereyası (2014); “Onesi dairəsi”, Rhubarba, Edinburq (2013); “Hazır əsər”, Uitstebl Biennalesi (2012); “Sakit sürüşmə”, Cell Project Space, London (2012); “Dilə tutanlar”, Circa Site/AV Festivalı, Nyukasl (2012). Dryu LUX üçün ştatdankənar rəssam kimi çalışıb (2011–12). Uitstebl şəhərində yaşayır.


May 21, 2015

12:00   

YARAT Mərkəzi (çoxtəyinatlı zal).

Giriş sərbəstdir.


Məruzəçi ingiliscə danışacaq, Azərbaycan dilinə sinxron tərcümə təmin ediləcək.


Yüklənir