Aprel 2024

Bruketa&Žinić OM REKLAM AQENTLİYİ İLƏ GÖRÜŞ

12 Mar 15

YARAT Müasir İncəsənət Məkanı böyük məmnuniyyətlə Sizi Davor Bruketa və Nikola Zinic-in təqdimat mərasiminə dəvət edir.

“Bruketa & Zinic OM” agentliyinin təsisçi və yaradıcı direktorları Davor Bruketa və Nikola Zinic yaradıcılıq prosesi haqqında xüsusi şərhləri ilə Art Directors Club New York, D&AD London, Cresta, London International Awards,  Red Dot, New York Festivals və bir çox digər tanınmış qlobal dizayn və reklam mükafatları ilə təltif olunmuş ən uğurlu dizayn və reklam layihələrini təqdim edəcəklər. Onlar istifadədən əvvəl hazırlamalı olduğunuz kitabı necə dizayn etməyi, əllərinizdə getdikcə artan illik hesabatı və ya şirkət təqdimatını necə hazırlamağı nümayiş etdirəcək. Onlar sübut edəcəklər ki, harada yaşamağınızdan və büdcənizin miqdarından asılı olmayaraq ideyanızı reallaşdırmaq üçün bu gün internet bağlantısı kifayətdir. Deməyə maraqlı sözünüz varsa, dünya dinləyəcəkdir. 


“Campaign” jurnalına əsasən “Bruketa & Zinic OM” 2014-cü ildə dünyanın aparıcı müstəqil dizayn və reklam agentliklərindən biri idi. 2013-cü ildə Advertsing Age “Bruketa & Zinic OM” agentliyini “Ən Yaxşı Beynəlxalq Agentlik” adına layiq görüb və 2012-ci ildə “Bruketa & Zinic OM” Kannda qlobal “The Effie Index” tərəfindən ikinci ən effektiv müstəqil agentlik kimi qiymətləndirilib. Agentlik Vyana, Belqrad və Zaqreb ofislərində marka strategiyası, qrafik, məkan, məhsul və qablaşdırma dizaynı, strateji planlaşdırma və bütün növ onlayn və oflayn kommunikasiya sahələrində ixtisaslaşmış təxminən yüz mütəxəssislərin çalışdığı bir məkandır.


Mart 12, 2015.

19:30.

YARAT Müasir İncəsənət Məkanı Baş ofisi

Ünvan: Port Baku Towers, Neftchilar prospekti 153, 23-cü mərtəbə

Giriş sərbəstdir.


FACEBOOK

Yüklənir