Aprel 2024

İTALİYA RƏSSAMI PAOLA ANZİCHéNİN TƏQDİMATI

12 Fev - 19 Fev 15

BAKININ LİFLƏRİ: ŞƏHƏRİN PORTRETİ

YARAT Müasir İncəsənət Təşkilatı FARE-nin (Milan, İtaliya) əməkdaşlığı ilə birgə həyata keçirdikləri Art-rezident layihəsi çərçivəsində YARAT-ın Art-rezident qonağı olan italiyalı rəssam Paola Anziché-nin Bakıda yaratdığı əsərin təqdimatı barədə böyük məmnunluqla məlumat veririk. 

Təqdimat “Kiçik QalArt” Qalereyasında fevralın 12-də keçiriləcək və fevralın 19-na qədər nümayiş etdiriləcək. Açılış mərasimində (saat 19:30-da) rəssamın qeyri-formal çıxışı da nəzərdə tutulub. Bu çıxışında o, sərgidə nümayiş etdirilən əsərindən söz açacaq, yaradıcılıq yolunun bəzi səhifələri barədə və gələcək planlarından danışacaq. Həmçinin rəssam Bakıda art-rezident olmağı barədə şəxsi təəssüratını paylaşacaq.  

ƏSƏRİN MAHİYYƏTİ: Rəssam, boş bir məkanda ənənəvi tekstil parçalarından və şəhərin memarlıq kompozisiyalarından götürülmüş elementlərdən istifadə edərək, Bakının qeyri-adi portretini yaratmağa çalışır.


Təqdimatın başlanması:

12 fevral 2015-ci il, saat 19:00

Saat 19:30 – rəssamla söhbət

Giriş sərbəstdir


Ünvan: İçəri Şəhər, Kiçik Qala küçəsi 58,  “Kiçik QalArt” Qalereyası


Əlaqə: +99412 505 1414


İtaliyalı rəssamı Paola Anzichénin bu Art-rezident ezamiyyəti yanvarın 16-da başlanmışdır və fevralın 14-nə qədər davam edəcəkdir. Onun Art-rezident olaraq ərsəyə gətirəcəyi əsərlər YARAT-ın daimi kolleksiyasına daxil ediləcəkdir.

Paola Anziché 1975-ci ildə Milanda anadan olub. Frankfurtda Städelschule Dövlət Təsviri Sənət Akademiyasını (Staatliche Hochschule Für Bildende Künste) və Milanda Brera İncəsənət Akademiyasını bitirib. Əsas fərdi sərgiləri: “CARD”, Cascina Masarola, Pianello Val Tidone (2014); “Vitrine 270° - Paola Anziché”, Gam, Turin, “Pier Luigi və Natalina Remotti” Fondu (2012); “Böyük Turin: Paola Anzichè - Paolo Piscitelli”, “Sandretto Re Rebaudengo” Fondu, Turin (2010); “Tapis-à-porter”, Careof, Milan (2009).


www.paolanziche.net


Tədbirin partnyoru    


Yüklənir