Aprel 2024

BRİTANİYALI SƏNAYE DİZAYNERİ SEBASTİYAN BERQNENİN MÜHAZİRƏSİ

20 Okt 14

YARAT Müasir İncəsənət Təşkilatı sizə məmnunluqla Britaniyalı sənaye dizayneri Sebastiyan Berqnenin (Sebastian Bergne) mühazirəsini təqdim edir.

Mühazirə "Gündəlik obyektlərin xüsusiləşməsi" adlanır.


Sebastiyan Berqne dizayna özünəməxsus və bəşəri yanaşması ilə gündəlik obyektləri xüsusiləşdirməsi ilə tanınır. 

Sebastiyanın çoxyönlü bacarığı, onu və komandasını fərqli yollarla işləməyə sövq edir. Sebastiyanın yaradıcılıq siyahısına beynəlxalq brendlərə sənaye dizaynı imkanlarını nümayiş etdirmək, restoranlara, ticarətlə məşğul olan və fərdi şəxslərə sifarişlə obyektlərin dizaynı və təchizatlanması, hətta öz şəxsi işlərindən ibarət, böyüməkdə olan kolleksiyasının quruluşçusu kimi daxildir.


Sebastiyan Berqne 1990-cı ildə Royal College of Art məzunu olduqdan sonra elə həmin il öz studiyasını yaradıb. Onun nailiyyətləri bir sıra beynəlxalq dizayn mükafatları, davamlı nəşrlər, sərgilər və o cümlədən Nyu York Müasir İncəsənət Muzeyi və London Dizayn Muzeyindəki bənzərsiz eksponatları ilə  tanınır. Sebastiyanın zəngin təcrübəsi - kurator, məruzəçi və dizayn üzrə şərhçi kimi də ona tələb yaradır.


20 Oktyabr, 2014-ci il

Saat 19:00


Ünvan: Port Baku Towers, Neftçilər prospekti, 153


Giriş sərbəstdir

Mühazirə ingilis dilində Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcək.


Əlaqə telefonu: 012 505 1414


FACEBOOK EVENT

Yüklənir