Aprel 2024

ALEKSANDR ŞVARTSIN MÜZAHIRƏSI

14 May 13

YARAT! Müasir İncəsənət Məkanı və Höte İnstitutu Sizi «David Chipperfield Architects» şirkətinin Dizayn üzrə İcraçı Direktoru və tərəfdaşı Cənab Aleksandr Şvartzın mühazirəsinə dəvət edir.

 

Mühazirənin mövzusu: “Muzey dizaynın və muzey memarlığının gələcəyi”

 

Cənab Aleksandr Şvartz memarlıq sahəsində bir çox mükafatın sahibi və irimiqyaslı layihələrin, o cümlədən, Berlində Muzey adasında yerləşən Ceyms Simon Muzeyinin, Marbaxda Ədəbiyyat Muzeyinin və Essen şəhərində yerləşən Folkvanq Muzeyinin müəllifidir. Uzun illərdir ki, Cənab Şvartz tədris fəaliyyəti ilə məşğuldur və Münster Memarlıq Məktəbinin dəvət olunmuş professoru kimi çalışır.

 

Cənab Şvartz «David Chipperfield Architects» şirkətinin London ofisi ilə əməkdaşlıq etməyə hələ 1996-cı ildə başlayıb, və 1998-cu ildə şirkətin Berlində yerləşən ofisi ilə əməkdaşlıq əlaqələrini qurmağa müvəffəq olub. Hazırda yuxarıda qeyd olunan şirkətin ofisləri London, Berlin, Milan və Şanxay şəhərlərində yerləşir. Şirkət eyni zamanda mədəniyyət və kommersiya fəaliyyətləriylə məşğuldur, və onun həyata keçirdiyi layihələr həm özəl, həm də dövlət sektorunda icra olunmaqdadır. Şirkətin bugünədək reallaşdırdığı layihələrin siyahısına nəzər yetirsək, orada muzeyləri, kitabxanaları, özəl mənzilləri və evləri,otelləri, habelə ofis binalarını və ticarət mərkəzlərini aşkar edə bilərik. Şirkət mütəxəssisləri tərəfindən işlənib hazırlanan memarlıq layihələri əllidən artıq müsabiqədə qalib gəlib və RlBA, RF AC, AlA mükafatlarına, habelə 2007-ci ildə RlBA Stirling Prize  mükafatı və Müasir Memarlıq sahəsində Avropa İttifaqının xüsusi mükafatına layiq görülüb.

 

Mühazirə may ayının 14-də saat 15:00-da “ÜNS” teatrında təşkil olunacaq

(mühazirənin dəvametmə müddəti 1:30).

Ünvan: Neftçilər prospekti, 69

Giriş pulsuzdur.

Yüklənir