Aprel 2024

BRITANIYALI RƏSSAM VƏ FOTOQRAF ELEANOR RAYT ILƏ SƏNƏT AXŞAMI

27 İyn - 28 İyn 13

YARAT Müasir İncəsənət Məkanı Təşkilatı Sizi iyun ayının 27-də, saat 17:00-da  keçiriləcək Britaniyanın tanınmış rəssam və fotoqrafı Eleanor Raytın sənət axşamında iştirak etməyə dəvət edir (Keçiriləcək məkan haqqında xəbər ediləcək)


http://www.eleanorwright.net/

 

Öz əsərlərində Xanım Eleanor Rayt müxtəlif sənət üslublarından, o cümlədən, irimiqyaslı instalyasiyalardan, heykəltəraşlıqdan, qravyuradan və səs işləmələrindən geniş istifadə edir. Xanım rəssam heykəltəraşlıq, memarlıq və bina tikililəri arasında mövcud olan əlaqələri, habelə obyektlərin zahiri dizaynı ilə vizual görkəm arasında tənasübsüzlüyünü tədqiq etməyə çalışır. 

 

Eleanor Raytı şəhərin zahiri görünüşün yenilənməsi məqsədilə memarlıq üslubların dəyişilməsi, xüsusən də, şəhər ikonoqrafiyasından bəhrələnərək şəhər re-brendinq prosesinin həyata keçirilməsi maraqlandırır. Şəhər re-brendinqi dedikdə, loqotiplər, heykəllər, körpülər, binalar, həmçinin şəhər landşaftını dəyişdirəcək layihələrə, potensial ziyarətçilərə və investorlara ünvanlanan ünsürlər nəzərdə tutulur. Əlbəttə ki, şəhər simvolunun seçilməsi yeni yaranan cərəyan sayıla bilməz (ən azı Müqəddəs Pavel Başkilsəsini və ya Vatikanı yada salmaq olar), lakin son illərdə bu fikirlər şəhərlərin bərpası və turizmin inkişafı siyasətinin ayrılmaz elementinə çevrilməkdədir. Bilbao şəhərində tikilən və “Bilbao effektini” yaradan Frank Gerri Qugenhaym Muzeyi bu elementlərin bariz nümunəsi sayila bilər. Tikintisi 1997-ci ildə başa çatmış bina, artıq tənəzzülə uğramış şəhərə yeni həyat bəxş etməyə müvəffəq oldu və şəhəri məşhur turizm məkanına çevirdi.

 

Son il ərzində Xanım Rayt məşhur memar Zaha Hadidin memarlıq və dizayn üslubunu öyrənirdi. Zaha Hadidin yaratdığı işlər kompyuter dizaynı vasitəsilə hazırlanan memarlıq obyektləri içində şah əsər sayılır, Xanım Hadid isə, dünyada rəqəmsal eranın qabaqcıl memarı kimi qəbul edilməkdədir.

 

Əsərləri yaradarkən, Xanım Rayt yüksək funksionallıq keyfiyyətlərə məxsus materiallardan istifadə edir, incəsənət planından asılı olaraq, o, ya material xüsusiyyətlərini zahirən qabardır, ya da onları ört-basdır edir. Onun son əsərləri sırasında hörülmüş və qaynaq edilmiş polivinilxloriddən, rezin ara qatından və təbəqə dəmir platasından işlənib hazırlanan iri payəndazlar silsiləsini qeyd etmək olar. Düz səth üzərində açılan təbəqə materiallardan məharətlə istifadə edərək, Xanım Rayt müxtəlif yollarla onların çevikliyini vurğulayır.

 

Eleanor Rayt istər orta əsrlərdə, istər isə, Sovet zamanı formalaşmış və bir çox meqapolislərin mənzərəsini müəyyənləşdirən fərqli memarlıq üslubları və irimiqyaslı tikinti layihələrin icra olunması arasıda qarşılıqlı əlaqəni araşdırır. Hazırda, onu bir sual düşündürür- son zaman baş verən Bakının dirçəlməsi şəhərin dünyada qəbul olunan imicinə necə təsir edə bilər?

 

Sənət axşamı iyun ayının 27-də, saat 17:00-da təşkil olunacaq.

(Keçiriləcək məkan haqqında xəbər ediləcək)

Yüklənir