Aprel 2024

`THE BIOSPERE 2` AND OTHER LESSONS SUSTAINABILITY IN ARCHITECTURE AND URBAN PLANNING

26 Avq 13

YARAT Müasir İncəsənət Təşkilatı və Azərbaycan Dövlət Memarlıq və İnşaat universiteti Sizi memar Antonio Castelbrankonun (Lissabon Texniki Universiteti) `BİOSFERA 2 - MEMARLIQDA VƏ ŞƏHƏRSALMADA DAVAMLI İNKİŞAFA DOĞRU DƏRSLƏR` mövzulu mühazirəsinə dəvət edir. Mühazirə ingilis dilindən rus dilinə tərcümə olaraq keçiriləcəkdir.

26 avqust, saat 19:00
ÜNS Yaradıcılıq Səhnəsi
Ünvan: Neftçilər prospekti, 69.

 

***

Antonio Castelbranko Arizon Universitetini memarlıq üzrə bitirmişdir. Davamlı memarlıq üzrə San Fransisko institutunu magistraturasını bitirmişdir. PhD dərəcəsini Lissabon texniki Universitetinin Memarlıq Fakültəsində almışdır. Memar olaraq, ABŞ-da, Meksikada, Portuqliyada, Ukraynada işləyib öz layihələrini tikmişdir. Dahi Frank Lloyd Raytın birinci tələbəsi və davamçısı olan Fil Hoz memarı ilə Arizona ştatında Biosfera 2 layihəsi üzrə uzun müddət işləmişdir. 1996 iləd öz akademik karyerasını mühazirə professoru kimi Lissabon texniki Universitetində başlamışdır. Fakültənin bir neçə kafedrasında, onların içində Şəhərsalma və Texnologiyalat kafedralarda dərs demişdir. Mühazirəçi olaraq bir sıra dövlət və beynəlxalq universitetlərə dəvət olunmuşdur. Onların içində ABŞ-ın, Braziliyanın, Portuqaliyenın, Fransanın, Belçikanın, ingiltərənin, Ukraynanın və Azərbaycan Respublikasının universitetləri var. 


***

Biosfer 2 (Biosphere 2), John Polk Allen tərəfındən Oracle, Arizona'da qurulmuş süni bir qapalı ekosistemdir. 1987-1989 illər arası insanların qapalı bir biosferdə necə yaşayacaqlarını test etmək üçün qurulmuşdur. Məişət qalıqları üçün qapalı ekosistemlərin tullanma imkanlarını və dünyaya zərər vermədən biosferdə yaşayışı araşdırmağa imkan yaratmışdır. 

Yüklənir