Aprel 2024

VIDEO-ART RƏSSAMI CORDAN BEYZMENIN TƏQDIMAT AXŞAMI

16 Okt - 18 Okt 13

“YARAT” Müasir İncəsənət Təşkilatı dərin iftixar hissi ilə nəzərinizə çatdırır ki, planlaşdırılan iki tədbir ərzində məşhur amerikalı video rəssam Cordan Beyzmenin keçmişdə və indiki zamanda işləyib ərsəyə gətirdiyi animasiya filmləri nümayiş olunacaq. Tədbirlər zamanı müəllif özünün intervyu-əsaslı, sənədli yaradıcılıq  üslubu və mükafat qazanmış filmləri haqqında söhbət açacaq.

 

Cordan Beyzmenin yaratdığı filmlər bugünədək bir çox film festivallarında, o cümlədən, Los-Anceles Film Festivalında (“Təhlükəli Eksperimentlər” kateqoriyasında “Ən Yaxşı Film” mükafatı), San-Fransisko Qısametrajlı Filmlər Festivalında, Melburn Andeqraund Film Festivalında (“Ən Yaxşı Beynəlxalq Film” mükafatına layiq görülüb), Qştad Film Festivalında, Oaksaka Beynəlxalq Film Festivalında, “Lone Star” Beynəlxalq Film Festivalında (“Ən Yaxşı Qısametrajlı Film” mükafatı ilə təltif olunub), Farqo Beynəlxalq Film Festivalında (“Ən Yaxşı Ekperimental Film” kateqoriyasının qalibi), Kanzas-Siti Beynəlxalq Film Festivalında (“Ən Yaxşı Ekperimental Qısametrajlı Film” kateqoriyasının qalibi) və London Qısametrajlı Filmlər Festivalında uğurla nümayiş olunub. Beyzmenin əsərləri 53-cü Venesiya Biennalesində və Tatun Park Biennalesində  göstərilib və bir çox sərgilərdə nümayiş olunub. Onun ən son çəkdiyi “Ölümsüzlük” (“Deadness”) filmi Londonun “Matt´s Gallery” Sərgi Salonunda nümayiş olunub.

 

Əsərlərin nümayişi oktyabr ayının 16-i və 18-u tarixlərində saat 19:00-da Muğam Mərkəzində keçiriləcək.

Ünvan: Neftçilər prospekti, 9

Giriş pulsuzdur.

Yüklənir