Aprel 2024

YARAT MÜASİR İNCƏSƏNƏT MƏKANI RƏSSAM TİM SAPLIN MÜHAZİRƏSİNİ TƏQDİM EDİR

10 Noy 13

YARAT Müasir İncəsənət Məkanı böyük məmnuniyyət hissi ilə bildirir ki, Britaniyanın görkəmli rejissoru Tim Sapl noyabr ayının 10-u saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində özünün yaradıcılığı barədə söhbət açaraq səhnə çəkimlərini nümayiş etdirəcək.  

 

Tim Sapl Böyük Britaniya, ABŞ, Avropa, Hindistan, Şimali Afrika, Cənubi Amerika, Orta Şərq və Uzaq Şərq regionları boyu teatrların qurulması, tərtibatı və fəaliyyətinə rəhbərlik etmişdir. O, müntəzəm şəkildə Milli Teatr və Royal Şekspir Şirkəti nəzdində çalışmışdır.  

 

1990-cı illərə o, Londonun Gənc Vik Teatrında Bədii Direktor kimi çalışmışdır. Tim Saplın üzərində çalışdığı işlərə Şekspirin Coriolanus, Səhvlər Komediyası, Siz necə bəyənərsiz, On İkinci Gecə (teatr tamaşası və film), Dario Fonun Anarxistin təsadüfi ölümü, Kerol En Daffinin Qrim hekayətləri və daha çox Qrim hekayətləri, Kiplinqin Cəngəllik kitabı, Lorkanın Qanlı Toy, Vedekindin Baharın Oyanışı, Ted Hyusun Ovidinin hekayətləri, Qoldoninin Nökər və iki ağa, Salman Rüşdünün Harun və hekayətlər dənizi, Gecənin övladları və Motsartın Sehirli fleyta tamaşaları daxildir. 

 

Tim Sapl 2005-ci ildə Jozefin Bartonla birgə xaricdən olan yaradıcı insanlarla əməkdaşlıqda yeni ifa tərzini yaratmaq məqsədilə Dash Arts cərəyanının əsasını qoydu. 2006-cı ildə o, Hindistanda Yay Gecəsinin Yuxusu çoxdilli tamaşasını səhnələşdirir. Hindistan Arzusu kimi məşhur olan beynəlxalq uğura malik bu tamaşanın hazırlanması Hindistana iki turne, Böyük Britaniya, Avstraliya və Şimali Amerikaya uzunmüddətli turnelər, Eyvon üzərində Stratfordda iki sezon və Londonun Raundhausunda bir sezonla nəticələndi. 2011-ci ildə Tim Sapl məşhur livanlı müəllif Hanan Əl Şeyxlə birlikdə Min Bir Gecə nağıllarının yeni teatr adaptasiyasını yaratdı.

 

Tam olaraq ərəbdilli ölkələrdən olan aktyor truppası və yaradıcı heyətdən ibarət tamaşanın hazırlanması iki ildən artıq bir müddətdə Şimali Afrika və Orta Şərqdə aparılan təqdiqat və məşqlərin nəticəsində həyata keçdi.  Altı saat müddətində üç dildə ifa edilən “Min Bir Gecə” öz Avropa premyerasını avqust ayında Edinburq Beynəlxalq Festivalında etmiş oldu. Bu tamaşa 2013-2014-cü illər ərzində Londonda Böyük Britaniya turnesi və beynəlxalq turnelərdə oynanılacaq.  

 

Mükafat və nominasiyalara bunlar daxildir: Time Out, Evening Standard, TMA, Olivier, BAFTA, Herald Angel.

 

Mühazirə noyabr ayının 10-u, saat 19:00-da Muğam Mərkəzində keçiriləcək.

Ünvan: Neftçilər prospekti, 9

 

Giriş sərbəstdir

Yüklənir