Aprel 2024

YARAT MÜASIR İNCƏSƏNƏT TƏŞKILATI MEMARLIQ VƏ İNŞAAT UNIVERSITETINDƏ, MEMAR ODILE DEKONUN MÜHAZIRƏSIN

15 Noy 13

Azərbaycanda Fransa İnstitutu YARAT Müasir İncəsənət Təşkilatı dəstəyi ilə, 15 Noyabr 2013-cü il tarixində, saat 17:00-da Memarlıq və İnşaat Universitetində, Memar Odile Dek-ın "Üfüqlər" mühazirələrində iştirak etməyə Sizi dəvət edir.


Odile Dekq Fransız urbanisti və memarıdır. O, 1990-cı ildə Renn şəhərində, bir çox mükafata layiq görülüb və Qərb Xalq Bankının tikintisi ilə dünya şöhrəti qazandı. 1996-cı ildə o, Venesiyanın Qızıl Aslan mükafatını qazandı. O vaxtdan etibarən, tədqiqatlarını hər zaman şaxələndirərək və radikallaşdıraraq, öz mövqeyinə sadiq qaldı. 


Odile Dekq həmçinin 2010-cu ildə Romada MACRO (Müasir İncəsənət Muzeyi), 2011-ci ildə Opéra Garnier restoranı və Renn şəhərində FRAC (Müasir İncəsənət Muzeyi) layihəsini həyata keçirmişdir. Bu konfransda o, bizə artıq bitmiş və hal-hazırda davam edən layihələri haqqında danışacaq.

Konfrans fransız dilində keçiriləcək və azərbaycan dilinə tərcümə ediləcəkdir.
Cümə 15 noyabr saat 17.00
Memarlıq və İnşaat Universiteti (Ayna Sultanova küç., 5)
Giriş sərbəstdir.

Yüklənir