Aprel 2024

MÜHAZİRƏ: VATO TSERETELİ

19 Noy 15

YARAT Mərkəzi böyük məmnunluq hissi ilə Sizi rəssam, kurator və fəal şəxsiyyət Vato Tseretelinin apardığı mühazirəyə dəvət edir. 

“Tbilisi Müasir İncəsənət Mərkəzi (CCA) rəssamların öz mürəkkəb təşəbbüslərini idarə etməyi bacardıqlarına və sosial memarlığa təsir göstərmək iqtidarında olduqlarına bir nümunə sayıla bilər. Lakin bu layihənin əsas vurğu işarəsini rəssamların bütün ictimai sahələrdə iştirak etmək potensiala malik olduqlarının üzərində görmək lazımdır. İncəsənət, demək olar ki, hər şeyi əhatə edir və hər şeyi incəsənət kontekstinə gətirərək özündə cəmləşdirir. Yaradıcılıq meyli hər kəsə xasdır, ancaq sənətkar üçün yaradıcılıq artıq peşə mahiyyətinə gəlir. İndi ki belədir, o zaman niyə də peşəkar yaradıcılıq adamın sosial vəziyyətini dəyişmək imkanlarına qadir olmasın?”

2000-ci ildən başlayaraq, Vato Tsereteli bir qrup heterogen (müxtəlif nəsilləri və sənət növlərini təmsil edən) mədəniyyət xadimi ilə birlikdə Tbilisidə uzunmüddətli sosial performans formasında bir neçə nitq və tədris kontekstli tədbir düzənləmişdi. Struktur tərtibatını hədəfə alan bu tədbirlərin hamısı qanuni olub, ancaq icazə alınmadan keçirilmişdi. 

2010-cu ilin payızında Tbilisi Müasir İncəsənət Mərkəzi (CCA) bu səpgidə yeni bir təşəbbüsünü başlatdı. O zaman bu müstəqil qurum regionun istənilən yurdsuz-məkansız və “andeqraund” qalereyasından daha çox “alternativ” görünürdü, axı post-sovet ölkələrindən biri olan Gürcüstanda, demək olar ki, dövlət qurumları ilə ayrı-ayrılıqda vətəndaşlar arasında əlaqə yaradan sosial modellər mövcud deyil. Qısası, burada təkcə dövlət mövcuddur, bir də “anderqraund”! 

Mühazirədə CCA-nın fəaliyyəti və tarixçəsindən tutmuş, ta yeni hazırlanan  “Ofsayd vəziyyəti” adlı layihənin təsvirinə qədər məlumat veriləcək. Adı çəkilən layihədə mərkəzin Qeyri-Formal Magistratura Proqramı (uzunmüddətli tədris modulu) ilə dövlətin normallaşdırma cəhdlərinə zidd gələn beynəlxalq incəsənət təhsili modelləri uzlaşdırılır. 


Vato Tsereteli rəssam / fotoqraf / kurator və yaradıcı inzibatçıdır; Tbilisidə kino sənəti üzrə təhsil alıb, Antverpen (Belçika) İncəsənət Akademiyasının fotoqrafiya bölməsində isə Magistr dərəcəsini qazanıb. Onun əsərləri yaxşı struktur və məkan quruluşuna malik 2/3/4 ölçülü obyektlər formasında təşəkkül tapır. Mədəni İnkişaf Uğrunda Qafqaz Mərkəzinin (Media-Art Ferması/ Fotoqrafiya İnstitutu və Yeni Media), eləcə də Cumbo qrupunun (azad sənətkarlar tərəfindən idarə olunan məkan) yaranmasının təşəbbüskarı olmuşdur. Həm Gürcüstanda, həm də xaricdə keçirilən bir çox incəsənət sərgilərinin kuratoru və iştirakçısı olub, o, cümlədən: APPENDIX, 2009-cu və 2011-ci illərin Venesiya Biennalesinin adlarını çəkmək olar. Bu yaxınlarda Gürcüstanın ilk Müasir İncəsənət Mərkəzini təsis edib. Bu mərkəz bir tədris, tədqiqat və sərgiləmə platforması kimi rəssamlara və digər incəsənət peşəkarlarına xidmət edir. (http://www.cca.ge/)


Date: November 19, 2015

Time: 19:00

Venue: YARAT Contemporary Art Centre

Bayil district, near the National Flag Square

Free admission


Yüklənir