Aprel 2024

NİNİ PALAVANDİŞVİLİNİN MÜHAZİRƏSİ: MDB İNCƏSƏNƏT DAİRƏSİ (CIS ARTS CIRCUIT)

01 May 15

YARAT Müasir İncəsənət Məkanı 1 may 2015-ci il tarixində saat 19.00-da Gürcüstanda rezidensiya proqramlarının təşkiatçılarından biri olan Nini Palavandişvili ilə "Mdb İncəsənət Dairəsi" ("Cıs Arts Cırcuıt") adlı mühazirəyə dəvət edir.

Müxtəlif mədəniyyətlərin dialoqunun təmin edilməsi çərçivəsində YARAT kollektivi SSRİ-nin süqutundan sonra yaranmış MDB (Müstəqil Dövlətlər Birliyi) regionunun rəssamlarının iştirakı ilə mühazirə, nümayiş və müzakirələr silsiləsi başlayır. Proqram “MDB İncəsənət Dairəsi” (CIS Arts Circuit (CİSAC)) adlanır. “MDB İncəsənət Dairəsi” proqramında regionun aparıcı rəssamları və müxtəlif incəsənət nümayəndələri iştirak edəcək. Onlar MDB-nin incəsənət icmalarının qarşılıqlı əməkdaşlığının təmin edilməsi məqsədilə öz əsər və layihələrini nümayiş etdirəcək.


Bu il ilk məruzəçimiz kurator və incəsənət eksperti (GeoAir) Nini Palavandişvili olacaq.

Təqdimat 2010-cu ildə fəaliyyətə başlamış GeoAİR rezidensiya proqramının fəaliyyətinə həsr ediləcək. Bu illər ərzində GeoAİR dünyanın incəsənət xəritəsindəki mövqeyini sosial yönümlü müştərək layihələrlə məşğul olan və həm yerli, həm də beynəlxalq təşkilatlar/incəsənət nümayəndələri ilə sabit əlaqələrə malik güclü bir təşkilat kimi möhkəmləndirmişdir.

Təqdimatda art-rezidensiyaya əsaslanan bəzi əməkdaşlıq nümunələri əksini tapacaqdır. Qeyd etmək lazımdır ki, art-rezidensiya cari vəziyyət və inkişaf haqqında məlumatlanmaq istəyində olan bütün cəlb edilmiş tərəflər, qonaqlar, sakinlər, alimlər və bütün maraqlı şəxslər üçün tədqiqat platformasına çevrilmişdir. Mədəni turizmin aktiv qarşıdurma məkanına çevrildiyi bir zamanda məlumat və incəsənət nümunələrinin mübadiləsi müxtəlif vəziyyətlərə cavab reaksiyasının ifadə edilməsi vasitəsinə çevrilə bilər; incəsənət əsərləri isə tamamilə yeni ideyalar irəli sürməyə qadir olmasa belə, bir çox hallarda yeni nələrinsə yaradılmasına öz töhfəsini verə bilər.


Nini Palavandişvili Gürcüstanın Tbilisi şəhərində dünyaya gəlmiş və böyümüşdür. O, Tbilisidə İncəsənət Tarixini öyrənmiş və daha sonra Berlin İncəsənət Universitetinin “İctimai və sənaye kommunikasiyaları” fakültəsini bitirmişdir. Gürcüstana geri döndükdən sonra o, müxtəlif  reklam şirkətləri, mədəni-maarifləndirmə müəssisələri, KİV və kitab nəşriyyatlarında rəssam kimi işləmişdir. Nini sərgi və fərdi rəssamlar üçün kataloqların tərtib edilməsi ilə təsviri incəsənət və rəssamlıq dünyasına qayıtmışdır. 2006-cı ildə o, "GeoAIR"in rəssamlıq təşəbbüsünə qoşulmuş və indiyə qədər Gürcüstan və  onun xaricində beynəlxalq mübadilə layihələrinin kuratorluğu və təşkilatçılığı ilə məşğuldur. Həmçinin, Nini Palavandişvili 2010-cu ilin yanvarında GeoAIR tərəfindən Tbilisidə əsası qoyulmuş art-rezidensiya proqramının koordinatorudur. Nini öz layihələrində sosial-siyasi kontekstləri və onların mədəniyyət nümunələri və müasir incəsənət kontekstində əks olunmasını tədqiq edir. O, siyasi və sosial problemləri ifadə etməyə qadir olan innovasiya formalarının yaradılmasına və axtarışına istiqamətlənmiş yaradıcılıq fəaliyyətləri ilə maraqlanır. Onun ən son layihələri arasında aşağıdakıları qeyd etmək mümkündür: "Kulinariya xəyalları: Tbilisi miqrantlarının hekayətləri" (“Cooking Imaginations: Tbilisi Migrant Stories”), kompleks layihə, Tbilisi, Gürcüstan (2014), "Beynəlxalq mətbəx gecəsi" (“International food night”), "Arsenal" qalereyası tərəfindən keçirilən "Məhrumiyyət" (“Deprivation”) beynəlxalq sərgisi çərçivəsində performativ layihə, Belostok, Polşa (2014), KEK (Macarıstan) və 4AM (Çexiya) ilə əməkdaşlıq şərtlərində keçirilən "Vacant Central Eastern Europe" layihəsi çərçivəsində "Babina stansiyası" ("Station Babina") və “Kobra”, Tbilisi, Gürcüstan (2014), "İndi dəniz oyanır" (Now Wakes the Sea), Batumi, Gürcüstan (2013), "Travelling Foodways. Betlemi Quarter Stories" Tbilisi, Gürcüstan (2013), "Sınaq. Paralellər" (Undergo. The parallels) Tbilisi, Gürcüstan (2012), "Çox/Müa/Sir" (Very/Con/Temporary), Gete Universiteti ilə əməkdaşlıqla, Gürcüstan, (2012), "Şərq missiyası" (East  Mission), Berlin, Almaniya (2012), "Geyim Otağı/Geyim üzərində iş" (Dressing Room/Garment Work) 4-cü Tbilisi Beynəlxalq Müasir İncəsənət Sərgisi və Yaradıcılıq Fəaliyyətləri "Artisterium" çərçivəsində Elizabet Uayt və Enn Elizabet Mur, Dövlət İpək Muzeyi, Tbilisi, Gürcüstan (2011), "Biz yenə səyahətçiyik, yoxsa hələ də turist?" (Are We Again Travelers or  Still Tourists?) IETM Payız Plenar İclası çərçivəsində şəhər üzrə bədii gəzintilər, Krakov,  Polşa (2011), "Keçmişdə gələcək" (Time future in the time past), audio-vizual kompleks art-layihə, Batumi,  Gürcüstan (2011), "IMAGO", Müasir İncəsənət Muzeyində qrup sərgisi, Leypsiq, Almaniya (2011), "Sonuncu Marş" (The Last Match), 3-cü Tbilisi Beynəlxalq Müasir İncəsənət Sərgisi və Yaradıcılıq Fəaliyyətləri "Artisterium" çərçivəsində (2010), "Donmuş anlar: Memarlıq Abidələri Danışır" (Frozen Moments: Architecture Speaks  Back), Coanna Varşanın layihəsi, Gürcüstan Sovet Respublikasının keçmiş Şose yolları Nazirliyi, Tbilisi, Gürcüstan (2010).

Nini Palavandişvilinin nəşr edilmiş yazıları: "Deməyə heç nə yoxdur" (Nothing to declare), sərgi kataloqunda məqalə; "Şərqə Səyahət" (The Journey to the East), Arsenal Qalereyası, Belostok, Polşa, 2011; "Trans-əlaqə" (Transrelation), (red. N. Çoqoşvili) Gürcüstan Gete İnstitutu, 2010; "Atlantida: Gizli Tarixin yeni Şəxsiyyətləri": Avropa İncəsənəti Dəmir Pərdələrin düşməsindən 20 il sonra" (Atlantis. Hidden Histories New Identities.European Art 20 Years After the Iron Curtain), Henrix Bell adına Brandenburq fondu və arqo-kitablar, Berlin, 2010.

Hazırda Nini Palavandişvili Tbilisidə yaşayıb-yaradır.


YARAT Müasir İncəsənət Mərkəzi, Multifunksional Otaq

Ünvan: Səbail rayonu, Bayıl (Dövlət Bayrağı meydanının yaxınlığı), AZ1000, Bakı, Azərbaycan

Tarix: 1 may, 2015

Saat: 19:00

Giriş: Sərbəst


FACEBOOK

Yüklənir