Aprel 2024

LECTURE SERIES IN FRAME OF 'ISOLATION ROOM/GALLERY KIT' PROJECT

11 Mar - 13 Mar 15

'TƏCRİD OTAĞI' ('IZOLATION ROOM') LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ MÜHAZİRƏLƏR SİLSİLƏSİ

Mühazirə Bakıda ABŞ səfirliyinin təşkil etdiyi Amerika Həftəsinin çərcivəsində təşkil olunacaq


Yarat Müasir İncəsənət Məkanının Baş ofisi


DANA TURKOVIC

11 Mart 2015, saat 19:30

MATRYOŞKA MODELİ VƏ BU KİMİ DİGƏR KURATOR YANAŞMALARI

Bu, rus matryoşkasının – bir-birinin içinə dolan gəlinciklər dəstinin quruluşunu kuratorluq işinə niyə oxşatmağım barədə bir söhbətdir. Mən bəzi ideyalarımı ifadə etmək üçün üst-üstə, yan-yana, iç-içə yığılma strukturundan metafora kimi istifadə edirəm. Mühazirə əsnasında ilk növbədə mənim şəxsi karyeram – bugünə qədər qazandığım kuratorluq təcrübəsi təhlil olunacaq, sözügedən model çərçivəsində mənim kurator təşəbbüslərimi ardıcıllıqla irəli sürüb gerçəkləşdirməyimə dair sxem nümayiş etdiriləcək və ələlxüsus “yığma qalereya / təcrid otağı” layihəsinin necə işləməsi göstəriləcək.


DANİEL MAK-QRAT

13 Mart 2015, saat19:00

‘İNTİQAM 101’ ('REVENGE 101') MÜHAZİRƏSİ 

İNTİQAM 101: Bu birsaatlıq dərs zamanı “intiqam” mövzusunda sərginin, bir də TV-məşğələ ruhunda hazırlanmış videofilmin nümayişi vasitəsilə incəsənət tarixi və kurator peşəsi təhlil edilir. Auditoriyada oxunan mühazirədə Wikileaks-in əsasını qoyan Culian Assanji ittiham edənlərdən biri tərəfindən yazılmış mətn səsləndirilir. Video-təqdimatda isə cinayət, qisas və vandalizm kimi mövzular araşdırılarkən, qisasalma, bir də sənət əsərlərinə təcavüz faktları – istər məşhur, istərsə də geniş ictimaiyyətə məlum olmayan həmlələrə aid məlumatlar ekranda təsvir olunurlar, özü də populyar mədəniyyət, incəsənət tarixi, kino, yaddaqalan fotojurnalistika kadrları kimi görüntülər vasitəsilə. Bu cür mühazirə ilə videonun birləşməsi nəticəsində mövzu üzrə tədqiqat, çoxmənalı incəsənət dərsi, iddialı kurator cəhdi, məzəli və eyni zamanda qorxulu sərgi dizaynı ətrafında bir oyun yaranır.


Kuratorlar haqqında

Daniel McGrath. Sent-Luis şəhərindəki Lindenwood Universitetinin İncəsənət fakültəsində ştatdankənar professor vəzifəsində çalışır. 2005-ci ildə London Universitetinin Kral Kollecini bitirərək, İncəsənət Magistri dərəcəsini qazanmışdır. 2000-ci ildə UCLA Universitetini bitirərək, təsviri sənət üzrə bakalavr dərəcəsini qazanmışdır. “YIĞMA QALEREYA / TƏCRİD OTAĞI” layihəsinin direktorlarından biridir. Los-Ancelesdə “Sweetboy” layihəsinin direktorlarından biridir. Los-Ancelesdə, Sent-Luisdə, eləcə də Birləşmiş Krallıqda sərgilər keçirmişdi. İncəsənət bölməsi üzrə ştatdankənar yazar qismində “Art Papers”, “Art US”, “Review”, “Sculpture” və “St. Louis Magazine” kimi dərgilərlə əməkdaşlıq edir. Koreyalı rəssam Fi Jae Lee-nin və amerikalı rəssam Jaime Adams-ın yaradıcılığı haqqında esselər, Londondakı İmperiya Müharibə Muzeyi üçün kitab xülasələri dərc etdirib. Əsərlərini nümayiş etdirdiyi sərgi salonları: “Hunter College MFA Studios”, Nyu-York; “Office Space”, Los-Anceles; “SweetboyProjects”, Los-Anceles; “Pirate”, Börford, Birləşmiş Krallıq; “PSTL”, Sent-Luis; bir də “Hunt” Qalereyası, Sent-Luis. Sent-Luisdə (Missuri ştatı) yaşayıb çalışır, burada yerləşən duetin – kurator layihəsinin direktorudur.

Dana Turkovic. “Laumeier Sculpture Park” açıq hava muzeyinin sərgilər üzrə kuratorudur. Webster Universitetinin incəsənət fakültəsində ştatdankənar professor vəzifəsində də çalışır. 2005-ci ildə kuratorluq sənəti üzrə London Universitetinin Goldsmiths Kollecini bitirərək, İncəsənət Magistri dərəcəsini qazanmışdır. “UCLA Hammer” Muzeyinin baş dizayneri vəzifəsində illər boyu işləsə də, sonradan diqqətini özünün kuratorluq iddialarına çevirdi. Afinada (Yunanıstan), Los-Ancelesin “Monte Vista Projects” salonunda, Londonun və Oksfordun (Birləşmiş Krallıq) alternativ məkanlarında, eləcə də Sent-Luisin Müasir İncəsənət Muzeyində, “Boots” Müasir İncəsənət Məkanında, “Ellen Curlee” Qalereyasında, “White Flag Projects” və “Schmidt” Müasir İncəsənət Muzeyində sərgilər təşkil etmişdir. “Art US” və “Review magazine” kimi dərgilərdə publikasiyalar dərc etdirib. Sent-Luisdə (Missuri ştatı) yaşayıb çalışır.


Daniel McGrath MÜHAZIRƏSİ FACEBOOKDA

Dana TurkoviÇ MÜHAZIRƏSİ FACEBOOKDA

Yüklənir