Aprel 2024

YARAT TƏHSİL PROQRAMLARI ÇƏRÇİVƏSİNDƏ MÜHAZİRƏ

25 İyl 14

GİZLƏDİLMİŞ XƏRİTƏLƏR

Lecture by young artists Aniol Macau and Francesc Ruiz Abad

YARAT Müasir İncəsənət Məkanı Təşkilatı Sizi İyul ayının 25-də, saat 19:00-da, YAY Galereyasında Barselonadan gələn iki gənc rəssam: Aniol Macau və Francesc Ruiz Abad tərəfindən  keçiriləcək  “Gizlədilmiş xəritələr”  adlı mühazirəya dəvət edir. “Gizlədilmiş xəritələr”  avtostop və alternativ səyahət yollarının, cəmiyyətimiz haqqında fikir formalaşdırmağımıza və təcrübə qazanmağımıza təsir göstərməsi haqqında  mühazirədir.

Aniol Macau və Francesc Ruiz Abad avtostop ilə altı aylıq layihə-səyahət  təşkil ediblər. Layihə boyunca onlar sərbəst şəkildə rast gəldikləri sürücülərnən  yola düşürlər. Onların son hədəf nöqtəsi  yoxdu. Səyahət boyunca  onlar, müsahibələr, audio landşaftlar, təsvirlər, sənədli foto və kiçik formalı heykəllərə əsaslanaraq,  mühüm arxiv təşkil edəcəklər.

Onların dayanacaqlarından biri Bakıdır. Burada, iki gənc rəssam  YAY Galeriyasında  Sizlərlə görüşmək və avtostoplar, köhnə layihələri və səyahətlərin onların yaradıcılığına təsiri haqqında danışmaqı planlaşdırıblar.


25 İyul 2014

Vaxt: 19:00

YAY Qalereyası

Ünvan: Kiçik Qala küçəsi 5, (İçəri Şəhər, İtaliya səfirliyinin yaxınlığında). 

Giriş sərbəstdir.

İştirakçılara Azərbaycan və Rus dillərinə tərcümə imkanı təklif ediləcək.


Əlaqə telefonu: 012 505 1414; 012 505 2323


Yüklənir