Aprel 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM Lesli Greyin iştirakı ilə mühazirə: Körfəz futurizmi, müasirlik və qadın baxışı

22 İyn 17

YARAT böyük məmnuniyyətlə sizi ARTIM-da keçiriləcək Lesli Qreyin Körfəz futurizmi, müasirlik və qadın baxışı adlı mühazirəsinə dəvət edir.


Ərəbistanın Fars Körfəzində sürətlə inkişaf edən şəhərlərində həyat daim dəyişir. Yaxın zamanımızın “enerji bumu” dövründə neft gəlirlərinin böyük axını, misli görünməmiş miqyaslarda inkişafa zəmin yaradıb. Şəhərlərin başgicəlləndirici sürətlə inşası, mədəniyyət və incəsənət təsisatların sürətlə yaranması və neft hasilatından əvvəlki mənzərənin demək olar ki, büsbütün məhv edilməsi, zamanın əsas etibarilə rəmzi dəyər daşıdığı və ideallaşdırılan gələcəyin indiki zamanın qarışıqlığına rəğmən universal vasitə olduğu bir mühit yaratmışdır. Belə ki, bu inkişaf sosial öhdəliklər və ətraf mühitin mühafizəsi bahasına başa gəlir. Körfəz futurizmi – xüsusi olaraq müasir zamanı keçmiş və gələcəklə bir araya gətirən qadın rəssamlar gözü ilə bir növ “dialektik linzadır. Bu rəssamlar, performans, video və ədəbiyyatdan istifadə edərək, öz əsərləri ilə müasirliyi və “ideallaşdırılmış” gələcəyi bir araya gətirir və əsas diqqəti qadın prizmasından Körfəzdəki müasirliyin gizli və adətən nəzərə alınmayan nəticələrinə, ələlxüsus ətraf mühitin dağıdılmasına və mədəni eroziyaya yönəltməklə, müasir inkişafın ifrat optimizmini yenidən təfsir edirlər. Bu mühazirə, əsas diqqəti qadın rəssamların gözü ilə Körfəz regionunda baş verən müasirliyə yönəldir və onların öz əsərlərinin fonunda proqnozlaşdırdığı və ehtiyat etdikləri alternativ gələcəkləri nəzərdən keçirir.

Lesli Qrey Doha (Qətər) və Dubay (BƏƏ) şəhərlərində yaşayan və fəaliyyət göstərən incəsənət və mədəniyyət araşdırmaçısıdır. Antropologiya və incəsənət tarixi üzrə müdafiə etdiyi diplom işi və aspirantura işlərindən əlavə, Lesli Qətərdəki London Universiteti muzey və qalereya işi fakültəsini magistr dərəcəsi ilə bitirib və Qətərdə təsviri incəsənət üzrə ali təhsil müəssisəsində fəaliyyət göstərib. Hal-hazırda, Lesli muzey araşdırmaları üzrə elmlər doktoru fəxri adını almaq üçün (2019-cu ildə) Londonun Universitet Kollecində təhsil alır. Öz akademik işlərindən əlavə, Lesli müntəzəm olaraq ArtAsiaPacific jurnalının Ərəbistan yarımadası və Mərkəzi Asiya bölməsi üçün öz işlərini təqdim etməklə yanaşı, digər müxtəlif regional incəsənət layihələrində sərbəst yazar və redaktor kimi də fəaliyyət göstərir. Peşəkar səviyyədə, Lesli Ərəbistan yarımadası boyunca keçirilən müxtəlif sərgi və mədəniyyət layihələri üçün araşdırmaçı kimi çalışır.

Bu mühazirə Kişilər ağlamaz sərgisinin bir hissəsidir.

Tarix: 22 iyun 2017
Saat: 19:00

Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küçəsi, 30, 001A
Giriş sərbəstdir

Yüklənir