24 Avq 18
YAY Qalereyası avqust 24-i Sizi Azərbaycan rəssamı Əmrulla İsrafilov ilə görüşə dəvət edir.
Əmrulla İsrafilov (d. 1962) – Azərbaycan müasir rəngkarlıq aləminin abstrakt rəssamlıq istiqamətində çalışan rəssamlardan biridir.
Öz yaradıcılığında gündəlik, adi həyatın parlaq məqamlarını ifadə etməklə, o, hekayə rəssamlığının ehtimallarını inkar edir. Sənətkar öz duyğularını tamaşaçıya birbaşa çatdırır. Onun obrazları öz xarakterini jestlər, kostyumlar və tanınan peşə elementləri ilə ortaya çıxarır.
Hal-hazırda sənətkarın əsərləri YAY Qalereyasında nümayiş olunan Cismani peyzajlar qrup sərgisinin bir hissəsidir.
Tədbirin moderatoru: Fərəh Ələkbərli
Tarix: 24 avqust, 2018
Saat: 19:00
Məkan: YAY Qalereyası, Kiçik Qala küç., 5