Aprel 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM MÜHAZİRƏ DE/KONSTRUKSİYA – ZƏRRİ MUXTARLI

10 Sen 18

YARAT Müasir İncəsənət Məkanı Sizi ARTIM Layihə Məkanında “De/Konstruksiya” müzakirələri çərçivəsində Zərri Muxtarlının iştirakı ilə müzakirə keçiriləcək.


Zərri Muxtarlı tədbir zamanı illüstrasiyalarını, həmçinin ictimai məkanlarda çəkdiyi qrafiti əsərlərini təqdim edəcək. Onun sərt üslubunda yaratdığı çox koloritli əsərləri aydın formalarla və dekorativ ornamentlərlə zəngindir. İlk baxışda əyləncəli, şən görünən işlər özündə cəmiyyət, urbanizasiya, gender və mədəniyyətə aid sualları vurğulayır.

Zərri Muxtarlı 1992-ci ildə Azərbaycanın Kəlbəcər şəhərində dünyaya gəlmişdir. Uşaq yaşlarında ailəsi ilə Rusiyaya köçüb. O, linqvistika üzrə təhsil alıb. 2012-ci ildə o öz yaradıcılığına başlayaraq bir çox illüstrasiyalar və strit-art işləri yaratmışdır. Rusiyada Azərbaycan diasporunun üzvü olan gənc rəssamı qarışıqlı mədəniyyət məsələləri, dil, feminizm və şəhər mühitinin qavrayışı mövzuları maraqlandırır. O, Sankt-Peterburq şəhərində bir sıra sərgilərdə iştirak etmişdir.


“De/Konstruksiya” – ARTIM Məkanında sərgilərin montaj/demontaj dövründə keçirilən silsilə müzakirələrdir. Sözügedən layihə, gənc yaradıcı insanların öz yaradıcılıqlarını daha geniş auditoriya ilə bölüşməsi, nümayiş etdirməsi və müzakirələr, fikir mübadilələri aparması, yaradıcı ideyaların axtarışı üçün platformanı təmin edir.


Tarix: 10 Sentyabr, 2018
Saat: 19:00
Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər, Böyük Qala küç., 30, 001A
Giriş sərbəstdir

Yüklənir