Aprel 2024

Ünvan

RƏNGKARLIQ MUZEYİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

RƏNGKARLIQ MUZEYİ: ARTXRONİKA – OLQA POLYANSKAYA

21 Sen 18

YARAT Müasir İncəsənət Məkanı “Artxronika” adlı yeni maarifçilik layihəsinə start verir – “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” sərgisi ətrafında dünyanın aparıcı sənətşünasları ilə görüşlər silsiləsi nəzərdə tutulmuşdur. 


Bununla əlaqədar “Artxronika” layihəsi çərçivəsində muzeydə Rusiya Dövlət Tretyakov Qalereyasının XX əsrin II yarısı dövrünün rəngkarlığı bölməsinin elmi əməkdaşı Olqa Polyanskaya ilə görüş keçiriləcək. Rusiyalı ekspert 1960-1980-ci illərin Azərbaycan rəngkarlığı əsərlərindən Dövlət Tretyakov Qalereyasının kolleksiyasında qorunub-saxlanan nümunələri haqqında danışacaq. Azərbaycan rəngkarlığı bir çox Rusiya muzeylərində mövcuddur, amma məhz Dövlət Tretyakov Qalereyasının kolleksiyası aparıcı ustadlarımızı təqdim edir və məhz bu kolleksiya Azərbaycan incəsənətinin olduqca mühüm mərhələsində rəngkarlığın təkamülü barədə təsəvvür yaradır. Bununla yanaşı, o, həmin dövrün Azərbaycan incəsənətinə müəyyən bir nəzərdir. O vaxtlar təkcə Azərbaycan ustadlarının deyil, SSRİ-nin digər respublikalarını təmsil edən sənətkarların da müraciət etdiyi bədii kontekst Azərbaycan tamaşaçısı qarşısında açılacaq.     


Olqa Polyanskaya M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin incəsənətin tarixi bölməsini bitirib. “ROSİZO” Dövlət Muzey-Sərgi Mərkəzində çalışıb, Moskva Dövlət Xoreoqrafiya Məktəbində və İlya Qlazunovun Rusiya Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq Akademiyasında dərs deyib. 1986-cı ildən  etibarən Dövlət Tretyakov Qalereyasında XX əsrin II yarısı dövrünün rəngkarlığı bölməsinin elmi əməkdaşıdır.

XX əsrin II yarısında fəaliyyət göstərən rəssamların yaradıcılığı və müasir təsviri sənət mövzularında elmi yazıların müəllifidir. Hazırda, XX əsrdə milli rəssamlıq məktəblərinin formalaşması problemlərinə həsr olunmuş tədqiqat işi üzərində çalışır. Çox sayda sərgi layihələrinə kuratorluq edib, o cümlədən: “Tahir Salahov. Zenit nöqtəsində günəş” (DTQ, 2015-2016); “Abşeron bürcü. 1960-1980-ci illərin Azərbaycan rəssamları” (DTQ, 2016-2017) və s. “Rusiyaya açılan pəncərələr. Yeddi nəslin şah əsərləri” layihəsinin müştərək kuratorudur (Nijni Novqorod, Yekaterinburq, Krasnoyarsk, Vladivostok, Moskva, 2017-2018). 


Tarix: 21 sentyabr, 2018

Saat: 19:00

Məkan: Rəngkarlıq Muzeyi (Bayıl qəsəbəsi)

Giriş sərbəstdir.

Yüklənir