Aprel 2024

Ünvan

RƏNGKARLIQ MUZEYİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

RƏNGKARLIQ MUZEYİ: ARTXRONİKA – LEONİD BAJANOV

01 Noy 18

YARAT Müasir İncəsənət Məkanı Rusiya sənətşünası, incəsənət tarixçisi, kurator, XX əsrin ikinci yarısı – XXI əsrin əvvəllərinin müasir incəsənəti üzrə mütəxəssis Leonid Bajanovun təqdimatında “60-80-cı illərdə SSRİ-də bədii proseslər: Sərgi haqqında söhbət”  təqdim edir.


Görüş “Artxronika” adlı yeni maarifçilik layihəsi çərçivəsində keçirilir. Layihədə “Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə” sərgisi ətrafında dünyanın aparıcı sənətşünasları ilə görüşlər silsiləsi nəzərdə tutulmuşdur. 


Tədbirin qonağı Rusiyanın aparıcı sənətşünaslarından biri Leonid Bajanovdur. Rusiyalı ekspert, 60-80-ci illərin rus anderqraund mədəniyyətinin formalaşmasından, yeni cərəyanlardan, sosial realizmdən uzaqlaşma haqqında bəhs edəcək. 60-80-ci illərin sovet incəsənətinin daha bir özəl xüsusiyyəti, milli rəssamlıq məktəblərinin çiçəklənməsidir və bu məktəblərdən hər birinin özünəməxsus dəsti-xəttinin olmasıdır.


Leonid Bajanov rəssamlıq sənətini Boris Birqerin studiyasında öyrənib. 1973-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix.

Çoxsaylı məqalələrin müəllifi, Rusiyada və xaricdə keçirilmiş bir çox bədii sərgilərin, həmçinin Venesiya, San-Paulu, İstanbul, Qahirə, Nyu-Dehlidə beynəlxalq biennale və triennale tədbirlərində Rusiya layihələrinin kuratoru olub. Qısametrajlı filmlərin rejissoru və müəllifidir. “Ermitaj” bədii cəmiyyəti (Moskva, 1986), Müasir İncəsənət Mərkəzi (Moskva, 1990), Dövlət Müasir İncəsənət Mərkəzi (Rusiya, 1992), “Novoye iskusstvo” xeyriyyəçilik fondunun (Moskva, 2002) təsisçisi və rəhbəridir.

2017-ci ildən etibarən “Müasir incəsənət” proqramının akademik rəhbəri, “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin (Moskva) professorudur.  


Tədbir rus dilində keçiriləcək


Tarix: 1 noyabr, 2018

Saat: 19:00

Məkan: Rəngkarlıq Muzeyi (Bayıl qəsəbəsi)

Giriş sərbəstdir

Yüklənir