Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

MÜHAZİRƏ: CORCİO PİNİ – ŞƏHƏR BİR ORQANİZM KİMİ

04 Dek 18

YARAT Müasir İncəsənət Mərkəzində "Şəhər bir orqanizm kimi" mövzusunda memarlıq mühazirəsi keçiriləcək. Tədbirdə DRA&U-nın baş memarı və təsisçisi Corcio Pini və həmin şirkətin baş direktoru və yeni texnologiyaların inkişafı üzrə direktoru Conatan Arbibin çıxışları baş tutacaq.


Rem Kolhas (məşhur Niderland memarı): "Şəhərlər dəyişir və bu prosesin dayandırılması mümkün deyil, çünki şəhər bir orqanizm kimi fəaliyyət göstərir və zaman keçdikcə, o, qaçılmaz olaraq dəyişir". Bu ssenari üzrə, şəhərsalma və müasir cəmiyyət arasında yaranan kommunikasiya problemlərinin vaxtlı-vaxtında, lakin çətin həllində, memarlığın mühüm rolunu dərk eləmək lazımdır.


DRA&U şirkətinin fəlsəfəsi həyatda güc və rahatlıq təmin edən, təşkilatın konsepsiyasına uyğun gözəlliyin təşviqidir. Hazırda DRA&U Avropa, Şimali Afrika, Asiya və Cənubi Amerikanı əhatə edən bir çox ölkədə fəaliyyət göstərir.


Tədbir ingilis dilində Azərbaycan dilinə sinxron tərcümə ilə keçiriləcək.


Tarix: 4 dekabr, 2018

Saat: 19:00

Məkan: YARAT Mərkəzi

Giriş sərbəstdir

Yüklənir