Aprel 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

MÜZAKİRƏ: ARTIM DE/KONTRUKSİYA “ŞAXTA BABA UCQAR KƏNDLƏRDƏ”

25 Yan 19

YARAT Sizi ARTIM Layihə Məkanında “De/Konstruksiya” müzakirələri çərçivəsində Camping Azerbaijan ilə görüşə dəvət edir. Tədbir zamanı Camping Azerbaijan həyata keçirdiyi “Şaxta Baba ucqar kəndlərdə” layihəsi haqqında ətraflı məlumat verəcək və fotosərgi nümayiş edəcək. 


Mühazirəçilər: Elvin Məmmədsoy, Tural Ömərov (Camping Azerbaijan)


Fotoqraflar: Zaur Mirzəyev, Elşən Baba, Eldar Əkbərov


Camping Azerbaijan komandası artıq 4-cü ildir ki, Azərbaycanın Quba və Qusar rayonlarının ucqar kəndlərinə "Şaxta Baba ucqar kəndlərdə" layihəsi ilə qonaq gəlir. Onlar əvvəlcə uşaqlar üçün hədiyyələr, oyuncaqlar, müxtəlif əşyalar toplayır və sonra Şaxta Baba geyimində uşaqlara təqdim edirlər. Sonuncu səyahət fotoqraflar Zaur Mirzəyev, Elşən Baba və Eldar Əkbərov tərəfindən səfalı dağ mənzərələri fonunda sevinc, həyəcan və dostluq hissini göstərən rəngarəng fotolar ilə sənədləşdirilib. Tədbir zamanı Camping Azərbaycan komandasının həyata keçirdiyi sosial layihələri haqqında fəaliyyətindən danışılacaq və “Şaxta Baba” layihəsinin sənədli foto təqdimatı keçiriləcək.


Camping Azerbaijan ucqar kəndlərə, təbiət guşələrinə, yüksək dağlıq ərazilərə və Böyük Qafqaz dağlarındakı zirvələrə ictimai və fərdi turlar həyata keçirən ekoturizm şirkətidir. 2014-cü ildə bir nəfərlə fəaliyyətə başlayan təşkilatın hal-hazırda on üzvü var. Həmçinin, sadiq və səxavətli müştərilərin və könüllü dostlardan ibarət şəbəkə qurmağı bacarıblar. Şirkət ekoturizm brendinin məsuliyyətini dərk edir və bacardıqca ekoturizm prinsiplərini qoruyaraq təbiətə tur zamanı təsirlərin minimumda saxlamağa çalışır. Azərbaycanın təbiət turizminə ən çox yeni marşrut töhfəsini məhz Camping Azerbaijan verib. 


“De/Konstruksiya” – ARTIM Layihə Məkanında sərgilərin montaj/demontaj dövründə keçirilən silsilə müzakirələrdir. Sözügedən layihə, gənc yaradıcı insanların öz yaradıcılıqlarını daha geniş auditoriya ilə bölüşməsi, nümayiş etdirməsi və müzakirələr, fikir mübadilələri aparması, yaradıcı ideyaların axtarışı üçün platformanı təmin edir.


Tarix: 25 yanvar, 2019

Saat: 19:00

Məkan: ARTIM Layihə Məkanı

Ünvan: İçərişəhər, Böyük Qala küç., 30, 001A

Giriş sərbəstdir

Yüklənir