Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

MÜHAZİRƏ: NESTAN NİJARADZE “CƏNUBİ QAFQAZDA FOTOQRAFİYA SƏNƏTİ”

30 Yan 19

YARAT Müasir İncəsənət Məkanı sizi Cənubi Qafqaz Səyyar Fotoqrafiya Muzeyi ilə birgə təşkil etdiyi təqdimat və açıq mühazirəyə dəvət edir. Bu tədbir muzeyin Bakıda ilk layihəsidir.


Təqdimat zamanı aparıcı müasir (regional və beynəlxalq səviyyədə tanınmış və yaradıcılığa yeni başlayan) fotoqrafların ən son əsərlərinin slayd-şousu nümayiş ediləcək.

Foto ustaların əsərlərinin nümayişi ilə yanaşı tədbirə Tiflis Fotoqrafiya və Multimedia Texnologiyaları Muzeyinin həmtəsisçisi və bədii rəhbəri Nestan Nijaradzenin – “Cənubi Qafqazda fotoqrafiya sənəti və Avropa mədəni innovasiyaları ilə əlaqə” adlı açıq mühazirəsi də daxildir.

Səyyar Fotoqrafiya Muzeyi – Gürcüstan və Cənubi Qafqazın fotoqrafiya sənətinin pioneri Aleksandr Roinaşvilinin ixtirasıdır. XIX əsrin ikinci yarısında muzey Gürcüstan və Rusiya şəhərlərinə səyahət edərək, hər kəsi öz zəngin kolleksiyası ilə tanış edirdi. İndiki dövrümüzdə muzey öz adət-ənənələrinə sadiq olaraq qalır, bununla yanaşı qurum fotoqrafiya sənəti ilə bağlı ictimaiyyət üçün müxtəlif mühazirələr təşkil edir.


Tarix: 30 yanvar, 2019
Saat: 19:00
Məkan: YARAT Mərkəzi
Giriş sərbəstdir

Yüklənir