Aprel 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM MÜHAZİRƏ: AYDAN MİRZƏYEVA

04 May 19

YARAT Müasir İncəsənət Məkani sizi ARTIM Layihə Məkanında YARAT rezidentlərin “Digər dillər ucunda” qrup sərgisi çərçivəsində baş tutacaq rəssam Aydan Mirzəyeva ilə görüşə məmnuniyyətlə dəvət edir.


Aydan Mirzəyeva ağacın strukturunu və möhtəşəm xüsusiyyətlətrini vurğulayan ən son silsilə əsərləri haqqında müzakirə aparacaqdır. Elmi kəşflər nəticəsində tapıntılar göstərir ki, ağaclar, onlara bir-birləri ilə ünsiyyət qurmağa imkan verən kök sistemləri vasitəsilə, ağrını qeydə ala, əşyaları tanıya, hətta, bir-birini müdafiə edə və qayğı göstərə bilərlər.

Aydan Mirzəyeva, “Wood-Wide-Web” nəzəriyyəsinə əsaslanaraq silsilə əsərlərində ağacın incə naxışlarını təkrarlayan müxtəlif rənglərdən istifadə etməklə, bu mürəkkəb sistemi daha dərindən təhlil edir, hava və inkişafın təsirinə məruz qalan dəyişkən obyektləri araşdırır, təbiət proseslərinin dinamikasının estetikasını əyani şəkildə nümayiş etdirir. Bu silsilədən olan nümunədə əks edilən taxta panellər bir-biri ilə üz-üzə quraşdırılıb və materialın gizli, kommunikativ aspektini vurğulayır.


Aydan Mirzəyeva (d. 1992, Bakı) Azərbaycan Dövlət İncəsənət Akademiyasının sənaye dizaynı fakültəsini bitirib (2010-2014). O , 2017 və 2018-ci illərdə ARTIM Lab layihəsində uğurla iştirak edib və qrant qalibi olaraq, YARAT Studios rezidentinə çevrilib. 2018-ci ildə, o, Kiyevdə (Ukrayna) “Art Prospect” rezidentura proqramında iştirak edib. Onun əsərləri Azərbaycan, BƏƏ və Ukraynada nümayiş edilib. Öz ən son əsərində, ağac materialların gizli dinamikasını və onların emal imkanlarını araşdırır.


Tarix: 4 may 2019

Saat: 16:00

Ünvan: ARTIM Layihə Məkanı, İçərişəhər

Giriş sərbəstdir

Yüklənir