Aprel 2024

Ünvan

RƏNGKARLIQ MUZEYİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

RƏNGKARLIQ MUZEYİ: FƏRHAD XƏLİLOV İLƏ GÖRÜŞ

30 May 19

YARAT Müasir İncəsənət Məkanı “Rəssamın gözü ilə” layihəsi çərçivəsində Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovla görüşə dəvət edir.
Azərbaycanın avanqard rəssamı Əşrəf Murada həsr olunmuş tədbirdə Fərhad Xəlilov sənətçi ilə bağlı olan xatirələrini, onun fərdi yaradıcılıq axtarışları, texnikası və o dövrə aid olan bədii proseslər haqqında fikirlərini bölüşəcəkdir. Tədbir iştirakçıları həmçinin, muzeydə təqdim olunan Əşrəf Muradın “Sevgi və etiraz” adlı restrospektiv sərgisi  ilə də tanış ola biləcəklər.


Xalq rəssamı Fərhad Xəlilov (d.1946) – ilk peşə təhsilini 1961-1966 illərdə Əzim Əzimzadə adına Rəssamıq məktəbində almışdır. Sonra o, 1966-1968-ci illərdə S.Stroqanov adına Rəssamlıq məktəbində, 1969-1975-ci illərdə isə Moskva Poliqrafiya İnstitutunda öz təhsilini davam etdirmişdir. Fərhad Xəlilovun yaradıcılığında Abşeron motivləri əhəmiyyətli yer tutur. Çimərliklər və Abşeron peyzajları, həmçinin Abşeron yarımadasının yaşayış məntəqələri –Nardaran, Buzovna, Zuğulba, Maştağa, Mərdəkan və başqaları buna misal ola bilər. Rəssamın əsərləri dəfələrlə keçmiş SSRİ respublikalarında, bir çox Avropada ölkələrində və ABŞ-da nümayiş etdirilmişdir. 1987-ci ildən Fərhad Xəlilov Azərbaycan Rəssamlar İttifaqının sədridir. Azərbaycanın Xalq rəssamı Fərhad Xəlilov Azərbaycan incəsənətinin inkişafında göstərdiyi xidmətlərə görə “Şöhrət” və “Şərəf” ordenləri ilə  təltif olunub.


Tədbir rus dilində keçiriləcək


Tarix: 30 May, 2019

Saat: 19:00

Məkan: Rəngkarlıq Muzeyi

Giriş sərbəstdir


Əlaqə nömrəsi : +99412 505 7718;  +99450 251 41 15 

Yüklənir