Aprel 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

ARTIM MÜZAKİRƏ: VERNAKULYAR FOTOQRAFİYA

27 İyn 19

YARAT Müasir İncəsənət Məkanı ARTIM Layihə Məkanında nümayişdə olan “Dadaş Adna: Love me” sərgisinin paralel proqramı çərçivəsində Elturan Məmmədov ilə “Vernakulyar fotoqrafiya” mövzusunda müzakirəni təqdim edir.


Vernakulyar fotoqrafiya müasir mədəniyyət proseslərinin bir hissəsi olaraq, ən geniş yayılmış və eyni zamanda ən az tədqiq olunmuş foto sahəsidir. Vernakulyar fotoqrafiya insanların yaşayış tərzi, məişət və adətlər, o cümlədən, yaddaş, nostalji və şəxsi arxiv sahələrini əhatə edir. Fotoqrafiyanın bu növünə dünya muzey və qalereyaları tərəfindən maraq getdikcə artmaqdadır.


“Dadaş Adna: Love me” sərgisi çərçivəsində Elturan Məmmədov Dadaş Adnanın fotoları əsasında vernakulyar fotoqrafiya haqda danışacaq, Adnanın fotoqrafiya yaradıcılığının analizini edəcək.


Elturan Məmmədov (b. 1990) Ukrayna Milli Aerokosmik Universitetinin və Mohsen Makhmalbaf Film Məktəbinin məzunudur. Fotoqrafiya sənətini özü öyrənmiş Elturan əsasən sənədli foto sahəsində çalışır. Yaradıcılığında milli mədəniyyəti tədqiq edir, həmçinin rəssam əsərlərində insanın cəmiyyətin bir parçası olaraq müxtəlif hadisələr və hallarda özünü necə aparmasını araşdırır. Rəssam ictimai və sosial problemlərə olan münasibət və iradlarını rişxənd, bəzi hallarda isə satirik formada əks etdirir.


“Dadaş Adna: Love me” sərgisi Dadaş Adnanın yaradıcılığının tam spektrini əhatə edərək – fotoqrafiya, video, plakat, şeir və rəsmlərini bir araya gətirir. Çoxlarının onu sosial şəbəkələr vasitəsilə tanımasını nəzərə alaraq, sənətkarın şəxsi həyatı çoxları üçün sirr olaraq qalıb. Əsasən çəkdiyi fotoşəkillər və yazdığı şeirləri ilə tanınan Adnanın həyat və bütün yaradıcılığı sevgi hissi ilə zəngindir. “Love me”– onun bu dünyaya olan ismarıcı, çağırışı və ən əsas gözləntisi olaraq, sərginin əsas məğzini təşkil edir.


Tarix: 27 iyun, 2019
Saat: 19:00
Ünvan: ARTIM Layihə Məkanı (İçərişəhər, Kiçik Qala küç., 5)
Giriş sərbəstdir

Yüklənir