Aprel 2024

Ünvan

RƏNGKARLIQ MUZEYİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MUZEYİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

RƏNGKARLIQ MUZEYİ: RƏSSAMIN GÖZÜ İLƏ – ƏLİ BƏY HÜSEYNZADƏ HAQQINDA

21 Yan 20

YARAT Müasir İncəsənət Məkanı Rəngkarlıq Muzeyində davam edən “Danışır Bakı” qrup sərgisi ərəfəsində, “Rəssamın gözü ilə” layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqlarından biri, publisist, şair, rəssam, filosof, alim, jurnalist və həkim Əli bəy Hüseynzadəyə həsr olunmuş görüşə dəvət edir.


Tədbir Azərbaycan İstiqlal Muzeyinin direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Sədi Mirseyibli tərəfindən keçiriləcək. O, Əli bəy Hüseynzadənin yaradıcılıq yolunun və fəaliyyətinin çoxsahəliliyi, o dövrə aid olan bədii proseslər və sənətkarın həyatında baş vermiş maraqlı hadisələr haqda danışacaq.


Əli bəy Hüseynzadə (1864-1940) xalqımızın milli mənlik şüurunun oyanışında və intişarında, onun ictimai, siyasi, elmi-pedaqoji, ədəbi və mədəni həyatında, eləcə də Azərbaycanda müasir demokratik cəmiyyət quruculuğunda mühüm rol oynamış görkəmli ictimai xadimlərdən və Azərbaycançılıq ideologiyasının banilərindən biridir. O, həmçinin 1918-1920-ci illərdə AXC əsas ideyasını formalaşdıran “Füyuzat” dərgisinin təsisçisidir. Əli bəy Hüseynzadə həm də rəssam kimi şöhrət qazanıb, boyakarlığın müxtəlif janrlarında, mənzərə, məişət mövzularında əsərlər və portretlər yaradıb. Onun “Bibi-Heybət məscidi” tablosu, “Şeyxülislam” portreti,“Atatürk” portretivə digər əsərləri Azərbaycan rəssamlığı sənətinə mühüm töhfədir.


Sədi Mirseyibli Azərbaycan Turizm İnstitutunda 2007-2011-ci illərdə Muzeyşünaslıq-Diyarşünaslıq ixtisası üzrə təhsil alıb. 2010-cu ildən Azərbaycan İstiqlal Muzeyində elmi işçi vəzifəsində əmək fəaliyyətinə başlayıb. Hal-hazırda Azərbaycan İstiqlal Muzeyinin direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edir. Muzey işi sahəsində müxtəlif konfranslarda iştirak edib, bir çox elmi məqalənin müəllifidir.


Tədbir zamanı iştirakçılar, Əli bəy Hüseynzadənin sərgidə nümayiş olunan əsərləri ilə də tanış ola bilərlər.           


Tarix: 21 yanvar, 2020

Saat: 19:00

Məkan: XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi (Bayıl, YARAT Mərkəzinin yanı)

Giriş sərbəstdir.


Əlaqə nömrəsi: +99412 505 7718; +99450 251 41 15

Yüklənir