Aprel 2024

#YARATONLINE: CANLI YAYIM KLARA CO VƏ ANNA FEX

10 Apr 20

YARAT Online'ın növbəti, üçüncü canlı yayımı rəssam Klara Co və YARAT Müasir İncəsənət Məkanının kuratoru Anna Fex ilə olacaq.


Əsas söhbət – Klaranın YARAT rezidenturası ərəfəsində yaratdığı “Müvəqqəti növbələr” adlı işi ilə bağlı olacaq. Rəssam və kurator dünyada mövcud olan hazırki vəziyyətlə bağlı müzakirələr aparacaqlar.


İnstagramda bizi izləyin!


Tarix: 10 aprel, 2020

Saat: 20:00

YARAT instagram səhifəsi


Klara Co (Almaniya) – Bard Kolleci və Institut für Raumexperimentenin (Berlin) məzunudur. Onun son filmi və heykəltəraşlıq instalyasiyaları, revizionist (təkrar baxış tələb edən) tarixlərdə nəzərdə tutulan yerlər ilə uğurlu dialoq qurur. Onun əsərləri “Royal Academy of Arts” (London), “Institute of Contemporary Arts” (London), “Staatliche Museen zu Berlin” (Hamburger Bahnhof, Neue Nationalgalerie, Dahlem Museums, Museum for Photography), “Savvy Contemporary” (Berlin), “Akademie der Künste” (Berlin) və “Alliance Ethio-Française d’Addis-Abeba” (Efiopiya) kimi məkanlarda nümayiş etdirilib. 


Anna Fex (Almaniya) – Bakıda məskunlaşmış kuratordur. O, incəsənət tarixi və iqtisadiyyat üzrə Erlangen-Nürnberg Universitetini (Almaniya) bitirib. 2014-cü ildə isə, Sürix İncəsənət Universitetini kuratorluq üzrə, “Postsovet ölkələri və Yaxın Şərq ölkələrinin postkolonial dövrünün müzakirəsinin müasir aktuallığı” tədqiqat mövzusu ilə bitirib. 2016-cı ildən YARAT Müasir İncəsənət Məkanında kurator kimi çalışaraq, beynəlxalq rezidensiya proqramına və ARTIM Layihə Məkanında keçirilən sərgilərə üzrə məsuldur və gənc nəsildən olan istedadlı rəssamların inkişafına töhfə verir.

Yüklənir