Aprel 2024

#YARATONLINE: MİCHAEL HİRSCHBİCHLER İLƏ MÜZAKİRƏ

20 Apr 20

Onlayn rejimdə müzakirələrimizə davam edirik. Bu dəfə Instagram canlı yayımda YARAT Rezidentura proqramının keçmiş iştirakçısı, Alman rəssamı Michael Hirschbichler ilə “Miflərin yenidən mənalandırılması” mövzusu ətrafında söhbət edəcəyik.


Mixael Bakı və Kioto şəhərlərində yaratdığı iki əsərini nümayiş etdirəcək və miflərin toplama prosesindən, mənalandırılmasından və transformasiyalara uğramasından danışacaq 


Tarix: 20 aprel, 2020

Saat: 20:00

Moderator: Anna Fech

Dil: İngilis

YARAT instagram səhifəsi


Vizual rəssam Mikael Hirşbixler Sürix və Münhendə yaşayır və fəaliyyət göstərir. Onun fərdi və qrup sərgiləri bir çox yerlərdə nümayiş etdirilib, o cümlədən: Martin-Gropius-Bau (Berlin), Museum Helmhaus (Sürix), Haus der Architektur (Qrats), art space artQ13 (Roma), Museo Civico G. Fattori (Livorno), Villa Massimo (Roma), art space – ion+ (Sürix), Zollhaus (Lüsern), MARIA HIL F at ETH layihə məkanı (Sürix), Folium (Sürix), Gallery Karin Sachs (Münhen), Gallery A¦B¦Contemporary (Sürix) və Artifact Gallery (Nyu-York). Mikael Hirşbixler Romada yerləşən Villa Massimo institutunda rezident olub və 2018-ci ildə Parisdə Cité Internationale des Arts fondunun rezidentura proqramında iştirak etməyi planlaşdırır.

Yüklənir