Aprel 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

#VIRTUALARTIM: NATİQ ƏSGƏR VƏ LAURA İQE İLƏ ANONİM SÖHBƏT #1

25 İyn 20

YARAT Müasir İncəsənət Məkanı Virtual ARTIM layihə məkanında “Anlamaq mümkün deyil, mən sonsuzluğa, yoxsa göz qapaqlarımın tərs üzünə baxıram” adlı qrup sərgisi çərçivəsində “Trendy#Queerness” mövzusunda rəssamlar Natiq Əsgər və Laura İqe ilə ilk anonim virtual söhbəti elan edir.


Tarix: 25 iyun, 2020

Saat: 19:00 (Bakı vaxtı ilə)


Rəssamlar: Laura İqe və Natiq Əsgər

Moderator: Zəhra Məmmədova

Dil: İngilis və Azərbaycan


Məkan: Virtual ARTIM layihə məkanı


Sərgiyə daxil olmaq üçün aşağıdakı linklərdən sərginin internet tətbiiqini yükləyin:

Windows: https://bit.ly/3dJ8yGf

Mac: https://bit.ly/3h4BElj)


Cinsinizə və ya cinsi oriyentasiyanıza görə ayrı-seçkiliklə üzləşmisinizmi?
Küçəyə çıxmağa cəsarət etməməyinizin səbəbi budur?
Sizcə, kiber reallıq sosial gender normalarına necə təsir edə bilər?
Gender anlayışlarının sosial şəbəkəsinə sığmayan insanlar daimi bir karantin  vəziyyətində yaşayırlar, çünki  xarici aləmdə həqiqətən olduqları kimi yaşaya bilmirlər. Digər ziddiyyət isə qondarma bir trendə mutasiya olan və cins fərqliliyi ilə bağlı hər hansı bir söz-söhbəti “boğan” qeyri-binar gender hərəkatıdır. Bu iki hədd arasında ortaq bir yer varmı?


Natiq Əsgər (b.1993, Azərbaycan) 2015-ci ildə Bakı Dövlət Universitetinin “Sosial elmlər” fakültəsini bitirib. O, 2018-ci ildə YARAT Akademiyasının yaz sessiyasında iştirak edib. Fotoqrafiya və video ilə məşğul olmaqla yanaşı, Natiq Əsgər qeyri-binar performansçı və modelyerdir. Onun əsərlərinin əsas leytmotivi gender problemləri və identifikasiyası üzərində qurulub. Natiq Əsgərin sənət əsərləri özünün şəxsiyyətini tədqiq edən və daim axtarışında olan, ümumiləşmiş qayda hesab edilən sosial normalar və rollara qarşı çıxan avtoportlərdir.


Laura İqe (d.1985, Argentina) Buenos-Ayresdəki Universidad Nacional de La Plata Universitetinin “Təsviri incəsənət” fakültəsini bitirib. Laura İqenin təcrübəsi audiovizual incəsənət və rəqəmsal aləmdə qadın identifikasiyalarının dekonstruksiyası ilə əlaqədar populyar, rəqəmsal və anderqraund mədəniyyət haqqında yazıları əhatə edir. Lauranın tədqiqatı oyunlar, həyat tərzi və sosial media arasında olan əlaqələr və onların real/gündəlik həyata, neoseksuallıqlara və insan mənəviyyatının pornoqrafiyada analizi, sevgi texnologiyası, şəxsiyyətin bir performans kimi təsnifləşdirilməsi və virtual şəxsiyyətin performansı arasındakı əlaqələrə əsaslanır. 


Virtual anonim çat

Virtual anonim çat layihəsi virtual avatarlar vasitəsilə həqiqi şəxsiyyətlərini gizlədə bilən bir qrup insanla "Anlamaq mümkün deyil, mən sonsuzluğa, yoxsa göz qapaqlarımın tərs üzünə baxıram" adlı virtual sərgi daxilində müzakirə üçün bir imkan yaradır. Məqsəd sənət dünyasında davam edən debatlarla əlaqəli və maraqlı sosial mövzularda bir sıra qeyri-rəsmi, müzakirə xarakterli tədbirlər keçirməkdir. Gizli görüşlərdə moderatorun rəhbərliyi ilə bir və ya bir neçə sənətçinin iştirakı ilə müzakirə aparılır.


Müzakirələrdə iştirak etmək istəyirsinizsə, qeydiyyat üçün linkə daxil olaraq anketi doldurun və CAVABINIZI TƏSDİQLƏYİN düyməsini basın


AZE https://bit.ly/3daVuZe

ENG https://bit.ly/3eeC8Ui


*İştirak sayının məhdud olması səbəbilə, iştirak etmək üçün 24 iyun tarixinə qədər qeydiyyatdan keçmək zəruridir.

Yüklənir