Aprel 2024

Ünvan

ARTIM LAYİHƏ MƏKANI

ÜNVAN:

İçəri Şəhər, Kiçik Qala küç. 5 

Bakı, Azərbaycan, AZ1001

xəritə


İŞ REJİMİ:

Çərşənbə axşamı - bazar: 12:00 > 20:00


ƏLAQƏ:

+994 12 505 1414


E-MAIL:

artim@yarat.az 

Xəritə

#VIRTUALARTIM: AĞABABA BAĞIROV VƏ COŞUA DAYSON İLƏ ANONİM SÖHBƏT #2

17 İyl 20

YARAT Müasir İncəsənət Məkanı Virtual ARTIM layihə məkanında "Anlamaq mümkün deyil, mən sonsuzluğa, yoxsa göz qapaqlarımın tərs üzünə baxıram" adlı qrup sərgisi çərçivəsində "Rəqəmsal yuxular" mövzusunda rəssamlar Ağababa Bağırov və Coşua Dayson ilə ikinci 2-ci anonim virtual söhbəti elan edir.


Rəssamlar: Ağababa Bağırov və Coşua Dayson

Moderator: Zəhra Məmmədova

Dil: İngilis və Azərbaycan

Məkan: Virtual ARTIM layihə məkanı (linki yükləyin: Windowshttps://bit.ly/3dJ8yGf / Mac: https://bit.ly/3h4BElj)


Bu qeyri-adi vaxtlarda hansı yuxular sizi narahat edir? Qapalı vəziyyətdə şüuraltınızda nə baş verir? Fobiyalar, qarabasmaları, klaustrofobik ssenarilər… Virtual məkan yeni ifadə formalarını təqdim etməklə, eyni zamanda kabuslar, qaranlıq gələcək ssenariləri və fantaziyalar üçün yeni təsəvvürlər təqdim edir. Rəqəmsal texnologiyalara dair baxışınız nədir və bunun alt şüurumuza hansı təsir göstərəcəyini düşünürsünüz? Nevroloq və psixoanalizin banisi Ziqmund Freydin sözlərinə görə, şüurlu düşüncələr, çox vaxt xəbərsiz olduğumuz digər düşüncələrlə yanaşı mövcuddur. İdrakımızın bütün gizli/yatırılmış istəklərin, travmaların, ilkin çağırışların və instinktlərin saxlandığı təhtəlşüur hissəsi, özünü çatışmayan hissələrini doldurmağa çalışan yuxularda təzahür etdirir. Bununla birlikdə, istəklərin təhtəlşüurun passiv mənimsəmə funksiyası olduğunu irəli sürən Freyd düşüncə məktəbindən fərqli olaraq, fransız filosofu Feliks Qvattari bu anlayışı tənqid edir və "mexaniki təhtəlşüur, arzulayan maşınlar" termini altında istəkləri məhsuldar bir funksiya kimi təqdim edir. Feliks Qvattari üçün, təhtəlşüur yalnız fərdi deyil, daim axan və kollektiv olan istəklər istehsal edən maşınlar fabrikinə bənzəyir. Sizi yuxular və istəklər, texnologiya və iqtidar  strukturları ilə əlaqəli olan “rəqəmsal yuxular” mövzusunda sənətçilərimizlə müzakirəyə dəvət edirik.


Coşua Dayson (d.1998, Dublin) İrlandiya Milli İncəsənət və Dizayn Kollecində “Heykəltəraşlıq və Genişləndirilmiş təcrübə” fakültəsində təhsil alıb, və Yunanıstanın Afina İncəsənət Məktəbini Heykəltəraşlıq üzrə bitirmişdir. O, rəqəmsal dövrün qeyri-stabilliyi və yaxınlığı, Qərbin siyasi-psixoloji vəziyyətləri və sosial qanunları mövzularını araşdıraraq müxtəlif eksperiment strukturlar, instalyasiyalar, obyektlər yaradır, bununla yanaşı müasir rəqs və performans sahəsinə də fəaliyyət göstərir. Bu yaxınlarda Dayson, COVID-19 vəziyyətinin əsərlərinin yaradılma   və cəmiyyətə çatdırılmasına  təsir göstərməsinə imkan yaratdı. Bu, təcrid olunmuş rejimlərə, mövcud antropologiyaya və dəyişdirilmiş gerçəkliyə diqqət yetirməyə səbəb oldu.


Ağababa Bağırov (b.1997, Bakı) əsasən rəqəmsal sənət, VR / AR, videooyunlar, proqramlaşdırma, 3D modelləşdirmə və rəsm sahələri üzrə fəaliyyət göstərir. Bakı Dövlət Universitetini “Kompüter elmləri” ixtisası üzrə bitirib. Hal-hazırda kompüter oyunları və virtual reallıq texnologiyası ilə məşğul olur. Müasir incəsənətə olan böyük marağı sayəsində Ağababa, texnologiya ilə sənət arasındakı əlaqə qurmağa çalışır. Onun əsas ilham mənbəyi insanlar, təbiət və texnologiya arasındakı əlaqədir. Əsərləri, YARAT Studios-da (2019/2020) və Xaçmaz Dövlət Qalereyasında (2020) qrup sərgilərində nümayiş etdirilmişdir.


Virtual anonim çat

Virtual anonim çat layihəsi virtual avatarlar vasitəsilə həqiqi şəxsiyyətlərini gizlədə bilən bir qrup insanla "Anlamaq mümkün deyil, mən sonsuzluğa, yoxsa göz qapaqlarımın tərs üzünə baxıram" adlı virtual sərgi daxilində müzakirə üçün bir imkan yaradır. Məqsəd sənət dünyasında davam edən debatlarla əlaqəli və maraqlı sosial mövzularda bir sıra qeyri-rəsmi, müzakirə xarakterli tədbirlər keçirməkdir. Gizli görüşlərdə moderatorun rəhbərliyi ilə bir və ya bir neçə sənətçinin iştirakı ilə müzakirə aparılır.


Müzakirələrdə iştirak etmək istəyirsinizsə, qeydiyyat üçün linkə daxil olaraq anketi doldurun.

(AZE https://bit.ly/3daVuZe / ENG https://bit.ly/3eeC8Ui)

* İştirak sayının məhdud olması səbəbilə 15 iyul tarixinə qədər qeydiyyatdan keçmək zəruridir.


*Qeydiyyatı keçdikdən sonra müzakirənin tarixi və saatını, eyni zamanda sərgiyə daxil olma təlimatını e-mail vasitəsilə əldə edəcəksiniz.

Yüklənir