Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

RƏY LAYİHƏSİ: ORMAN ƏLİYEV VƏ BİZ FİLMİ

24 Noy 21

YARAT Müasir İncəsənət Məkanında “Rəy” layihəsi çərçivəsində rejissor və prodüser, Bakı Media Mərkəzinin icraçı direktoru, kino və televiziya üzrə fəlsəfə doktoru Orman Əliyevlə görüş baş tutacaq.


Orman Əliyev 40-dan çox qısa və tammetrajlı sənədli filmlərin müəllifidir. O, “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” (2015), “Əbədi ezamiyyət” (2016), “Bir günəş altında” (2016), “Son iclas” (2018), “Miras” (2018) kimi həm yerli, həm də beynəlxalq auditoriya tərəfindən rəğbət qazanmış sənədli filmlərin prodüseridir.


Tədbir zamanı, həmçinin Orman Əliyevin ideya müəllifi və rejissoru olduğu, II Qarabağ Müharibəsinin reallıqlarından bəhs edən “Biz” tarixi-sənədli filmi nümayiş olunacaq.


Filmin müddəti: 41 dəq.

Dil: Azərbaycan, ingilis altyazıları ilə


Görüşün sonunda sizi maraqlandıran məqamlarla bağlı qonaqla kiçik sual-cavab sessiyası baş tutacaq.   


Tarix: 24 noyabr, 2021

Saat: 19:00

Məkan: YARAT Mərkəzi


Yerlər məhduddur

Qeydiyyat üçün: 050 246 92 92

COVID pasportun olması zəruridir.

Yüklənir