Aprel 2024

Ünvan

YARAT MƏRKƏZİ

Bayil (Dövlət Bayrağı Meydanı), Bakı, Azərbaycan, AZ1003

xəritə

MƏRKƏZİN İŞ REJİMİ
Çərşənbə axşamı – Bazar: 
12.00 > 20.00

ƏLAQƏ

+99412 505 1414

E-MAIL

info@yarat.az

Xəritə

REKLAMDA KREATİVLİK

10 Avq 22

YARAT Müasir İncəsənət Məkanı, dünyanın ən məşhur yaradıcılıq festivallarından biri sayılan “Cannes Lions” və “Endorphin” reklam agentliyinin birgə əməkdaşlığı ilə yaradıcı və marketinq sektorunda fəaliyyət göstərən mütəxəssislər üçün hazırlanan “Reklamda kreativlik” adlı tədbirə dəvət edir.


Tədbirdə “Cannes Lions 2022” festivalından yenicə qayıtmış Azərbaycan təmsilçiləri – “Young Lions” müsabiqəsinin gənc iştirakçıları və festivalın əsas bölümündə iştirak etmiş reklam agentliklərin, həmçinin müxtəlif yerli brendlərin nümayəndələri fikir mübadiləsi apararaq, bilik və təcrübələrini bölüşəcəklər.


Mühazirəçilər:

  • “Cannes Lions”-un Azərbaycan üzrə təmsilçisi və “Endorphin” reklam agentliyinin təsisçisi Orxan Kərimov
  • İlham Əkbərli (“Ağıllı nağıllar”, CD) və Sənan Ağayev (“Maverick”, CD)
  • Baba Ağayev (CEO və təsisçi, Pickvisa.com, Vizam.az)
  • Young Lions: Xədicə Məmmədli (“Print” kateqoriyasının qalibi) və Namiq Bayramov (“Film” kateqoriyasının qalibi)
  • Elmar Rəsulov (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Yaradıcı Sənayelər və Rəqəmsal inkişaf şöbəsinin baş məsləhətçisi)

Dil: Azərbaycan

Tarix: 10 avqust, 2022

Saat: 19:00

Məkan: YARAT Mərkəzi


Giriş qeydiyyat ilədir

*COVID pasportun təqdimi mütləqdir

Yüklənir